
Türkiyə ilə Ermənistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Gundem.today xəbər verir ki, görüşdə tərəflər nəqliyyat, energetika, gömrük və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
C.Yılmaz bildirib ki, normallaşma prosesi çərçivəsində atılan qarşılıqlı konstruktiv addımlar konkret nəticələr verir.
O, həmçinin Türkiyənin Cənubi Qafqazda sabitliyin təmin olunmasına töhfə vermək niyyətində olduğunu vurğulayıb və normallaşma, iqtisadi əməkdaşlığın genişləndirilməsi, xalqlar arasında əlaqələrin gücləndirilməsi istiqamətində siyasətin davam etdiriləcəyini qeyd edib.
Qeyd edək ki, Cevdet Yılmaz 2013-cü ildən bəri Ermənistana səfər edən ilk yüksəkvəzifəli Türkiyə rəsmisidir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ hərbçilərinə SEPAH katerlərinə zərbə endirməyə icazə verilib
ABŞ hərbçilərinə Hörmüz boğazında gəmilərə təhlükə yarandığı halda İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus katerlərə və raket mövqelərinə zərbə endirmək səlahiyyəti verilib.
DünyaAmerikalı milyarder Ceff Bezos məşhur superyaxtasını satır: Alıcıları qorxudan məqamlar - FOTO
"Amazon"un qurucusu, amerikalı milyarder Ceff Bezos qiyməti təxminən yarım milyard dollar təşkil edən məşhur "Koru" superyaxtasını satmaq qərarına gəlib. Buna səbəb kimi gəminin idarəetməsinin həddindən artıq mürəkkəb olduğu bildirilib.
DünyaÇində zavodda güclü partlayış oldu - VİDEO
Çində Hunan əyalətində fişəng istehsalı zavodunda güclü partlayış baş verib.
Dünya"The Guardian": ABŞ BMT-ni büdcə ixtisarı ilə hədələyir
ABŞ Prezidenti Donald Trampın komandasına daxil olan rəsmilər Vaşinqton tərəfindən irəli sürülən "yardım müqabilində ticarət" strategiyası çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) büdcəsinin ixtisarı ilə bağlı hədə-qorxu gəlirlər.