
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin şikayətini təmin etməyib
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi" futbol klubunun bir şikayətini təmin etməyib.
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi" futbol klubunun bir şikayətini təmin etməyib.
Gundem.today xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
AFFA İntizam Komitəsinin martın 11-də azarkeşlərin təhqiramiz ifadələr səsləndirməsinə görə klubu cərimələməsi barədə qərarı qüvvədə saxlanılıb. Fanatlar Misli Premyer Liqasında "Turan Tovuz"la görüşdə hakimləri təhqir etdiyi üçün "ağ-qaralar" 8 000 manat ziyana düşüb.
Bundan əlavə, Bakı təmsilçisinin daha bir şikayətinə baxılması təxirə salınıb. Komanda tərəfləri təhqiredici pankart açdığına görə klub 15 000 manat cərimə edilmişdi.
Bildirilib ki, bu qərar verilmiş şikayətə baxılması əlavə sübutların toplanılması və tədqiq edilməsi zəruriliyi baxımından təxirə salınıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Vilyareal" klubundan gözlənilməz qərar
İspaniyanın "Vilyareal" klubu cari mövsümün sonunda baş məşqçi Marselino Toralın komandanı tərk edəcəyini rəsmən açıqlayıb.
İdman"Qarabağ"ın ulduzuna Avropadan təklif
"Qarabağ"ın qapıçısı Mateuş Koxalski mövsümün sonunda komandadan ayrılmağa yaxındır.
İdman"Santos"da şok qalmaqal: Neymar məşqdə Robinyonun oğlunu vurdu
Braziliyanın "Santos" klubunun məşqi zamanı gözlənilməz qalmaqal baş verib.
İdman"Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün könüllü qeydiyyatı başladı
Bu il Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyatı başlanıb.