Son dəqiqə
Rumıniya parlamenti baş naziri istefaya göndərdiErmənistan və Fransa strateji tərəfdaşlıqla bağlı birgə bəyannamə imzaladılarMəşhur ticarət mərkəzlərində SAXTA KÜRÜLƏR aşkarlandı - FOTODaha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQBöyük Britaniyanın baş naziri toksiklik səbəbindən seçki kampaniyasından kənarlaşdırıldıBöyük Britaniyanın baş naziri seçki kampaniyasından kənarlaşdırıldı - SƏBƏB
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Türkiyə URAN haubitsasını "SAHA 2026"da ilk dəfə təqdim etdi
Türkiyə URAN haubitsasını "SAHA 2026"da ilk dəfə təqdim etdi
Dünya

Türkiyə URAN haubitsasını "SAHA 2026"da ilk dəfə təqdim etdi

Bu gün
17:48
0 baxış
Paylaş:

Türkiyənin yeni istehsalı olan 105 mm-lik URAN özüyeriyən haubitsası ilk dəfə "SAHA 2026" Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi nümayiş etdirilib.

Türkiyənin yeni istehsalı olan 105 mm-lik URAN özüyeriyən haubitsası ilk dəfə "SAHA 2026" Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi nümayiş etdirilib.

Gundem.today "Report"a istinadən xəbər verir ki, bu hərbi texnika BORAN haubitsasından əldə olunan mühəndislik bilik və təcrübəsi əsasında ərsəyə gətirilib.

Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olduqdan sonra qısa müddətdə ixrac uğuru qazanan və 2024-cü ildə Banqladeşə tədarük edilən 105 mm-lik yüngül yedəkdə daşınan BORAN haubitsası bununla ölkə tarixində ilk haubitsa ixracı kimi qeydə alınıb.

105 mm-lik BORAN yüngül olması, qısa müddətdə atışa hazır vəziyyətə gətirilə bilməsi və hava platformaları ilə daşına bilməsi kimi xüsusiyyətləri sayəsində müasir əməliyyat mühitində effektivliyini sübut edib. Bu əməliyyat təcrübəsi, sistemin daha yüksək manevr qabiliyyəti və sürətli yerləşdirilmə tələblərinə cavab verəcək yeni bir həllin hazırlanmasına zəmin yaradıb.

Bu çərçivədə hazırlanan URAN özüyeriyən haubitsası BORAN-ın sübut olunmuş etibarlılığı və atəş gücünü 4×4 mobil platforma ilə birləşdirərək ən çətin ərazi və hava şəraitində artilleriya bölmələrinə sürət, çeviklik və yüksək atəş dəstəyini eyni sistemdə təqdim etməyi hədəfləyir.

MKE tərəfindən hazırlanmış idarəetmə sistemi ilə təchiz edilən 105 mm-lik URAN dəqiqədə 12 atəş aça və 18 kilometrədək məsafədə yerləşən hədəfləri uğurla məhv edə bilir.

Müasir döyüş meydanının "vur və mövqeyi dəyişdir" konsepsiyasına uyğun şəkildə layihələndirilən bu özüyeriyən haubitsa sistemi xüsusilə sürətli reaksiya tələb edən tapşırıqlar üçün mühüm üstünlüklər təmin edir.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər URAN özüyeriyən haubitsasını təqdim edərkən bildirib ki, bu silah həm Türkiyə Ordusu, həm də dost və müttəfiq ölkələrə veriləcək:

"Bu özüyeriyən haubitsaya dost və qardaş ölkələrdən çoxlu sifarişlər var. Biz onlara da hərbi texnikanı verəcəyik".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Türkiyə#Türkiyə_Silahlı_Qüvvələri#SAHA_2026

Oxşar Xəbərlər

Rumıniya parlamenti baş naziri istefaya göndərdiDünya

Rumıniya parlamenti baş naziri istefaya göndərdi

Rumıniya qanunverici orqanında keçirilən etimadsızlıq səsverməsinin nəticəsi olaraq Baş nazir İlie Boloyanın rəhbərlik etdiyi hökumət buraxılıb.

Bu gün
18:160
Ermənistan və Fransa strateji tərəfdaşlıqla bağlı birgə bəyannamə imzaladılarDünya

Ermənistan və Fransa strateji tərəfdaşlıqla bağlı birgə bəyannamə imzaladılar

Ermənistan və Fransa strateji tərəfdaşlığın qurulması ilə bağlı birgə bəyannamə imzalayıblar.

Bu gün
18:140
Böyük Britaniyanın baş naziri toksiklik səbəbindən seçki kampaniyasından kənarlaşdırıldıDünya

Böyük Britaniyanın baş naziri toksiklik səbəbindən seçki kampaniyasından kənarlaşdırıldı

Böyük Britaniyanın Baş naziri Kir Starmer son dərəcə aşağı şəxsi populyarlığı və toksiklik səbəbindən hakim Leyborist Partiyasının seçki kampaniyasında iştirakını faktiki olaraq dayandırmaq məcburiyyətində qalıb.

Bu gün
18:080
Böyük Britaniyanın baş naziri seçki kampaniyasından kənarlaşdırıldı - SƏBƏBDünya

Böyük Britaniyanın baş naziri seçki kampaniyasından kənarlaşdırıldı - SƏBƏB

Böyük Britaniyanın Baş naziri Kir Starmer son dərəcə aşağı şəxsi populyarlığı və toksiklik səbəbindən hakim Leyborist Partiyasının seçki kampaniyasında iştirakını faktiki olaraq dayandırmaq məcburiyyətində qalıb.

Bu gün
18:080