Türkiyə XİN: Qara dənizdə tankerə hücum beynəlxalq hüququ pozur
Dünya

Türkiyə XİN: Qara dənizdə tankerə hücum beynəlxalq hüququ pozur

İndi
23:48
1 baxış
Paylaş:

Türkiyənin Xarici İşlər Nazirliyi Qara dənizdə "Altura" tankerinə edilən hücumu beynəlxalq hüququn pozulması və gəmiçiliyə ciddi təhdid kimi qiymətləndirib.

Türkiyənin Xarici İşlər Nazirliyi Qara dənizdə "Altura" tankerinə edilən hücumu beynəlxalq hüququn pozulması və gəmiçiliyə ciddi təhdid kimi qiymətləndirib.

Gundem.today xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçelinin bəyanatında bildirilib.

"Bu gün Qara dənizdə Syerra-Leone bayrağı altında üzən, operatoru Türkiyə olan və xam neft daşıyan "Altura" tankerinə hücumu böyük narahatlıqla qarşılayırıq. Qara dənizdə bizim müstəsna iqtisadi zonamız daxilində baş verən və beynəlxalq hüququ pozan bu və buna bənzər hücumlar regionda həyat, əmlak, gəmiçilik və ekoloji təhlükəsizlik üçün ciddi təhdid yaradır", - deyə məlumatda qeyd olunur.

O bildirib ki, Türkiyə regionda iqtisadi maraqlarını və fəaliyyətini qorumaq üçün beynəlxalq hüquq çərçivəsində zəruri tədbirlər görmək hüququnu özündə saxlayır.

Ö.Keçeli əlavə edib ki, hücumla bağlı müvafiq qurumlar zəruri araşdırmalar və texniki tədbirlər həyata keçirir. Türkiyəli ekipajın 27 üzvü xəsarət almayıb.

"Qara dənizdə münaqişənin yayılmasının və daha da gərginləşməsinin qarşısını almaq üçün müvafiq tərəflərlə əlaqələri davam etdiririk", - deyə o əlavə edib.

Türkiyə Nəqliyyat Nazirliyinin məlumatına görə, gəmi Bosfor boğazının girişindən 24 km məsafədə pilotsuz katerlə vurulub. Nəticədə mühərrik bölməsi zədələnib. Hadisə ciddi nəticələrə səbəb olmayıb və ekipaj xəsarət almayıb. Tanker 140 min ton neftlə Novorossiyskdən İstanbula doğru hərəkət edirmiş.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Türkiyə#Türkiyə_XİN#Qara_dəniz#Bosfor_boğazı

Oxşar Xəbərlər