
Türkiyədə ağlagəlməz hadisə: Gənə dişləməsi 21 yaşlı gəncin ölümünə səbəb oldu
Türkiyə sakini gənə dişləməsindən sonra Krım-Konqo hemorragik qızdırmasından ölüb.
Türkiyə sakini gənə dişləməsindən sonra Krım-Konqo hemorragik qızdırmasından ölüb.
Gundem.today xəbər verir ki, bu barədə "Demirören" agentliyi məlumat yayıb.
Müayinə zamanı 21 yaşlı Süleyman Gülsündə sözügedən virus aşkarlanıb.
Bildirilir ki, ölən şəxs Türkiyənin şərqindəki Sivas bölgəsində heyvandarlıqla məşğul olub. O, yüksək hərarətdən şikayətlə xəstəxanaya müraciət edib. On gün sonra onun vəziyyəti pisləşib, buna görə də o, yerli universitetin tibb müəssisəsinə köçürülüb.
Həkimlər anestezioloji reanimasiya şöbəsində müalicə alan gəncin həyatını xilas edə bilməyiblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİndoneziyada qatar qəzasında ölənlərin sayı 14-ə çatıb
İndoneziyanın Bekasi şəhərində qatarların toqquşması nəticəsində həlak olanların sayı 14 nəfərə yüksəlib, daha 84 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Dünya"Toyota" satış rekordu qırdı
2025-ci maliyyə ilində "Toyota Motor Corporation" təxminən 10,48 milyon avtomobil sataraq yeni rekorda imza atıb.
DünyaAntonio Quterreşdən dünyanı narahat edən xəbərdarlıq: "Süni intellekt nüvə təhlükəsini artırır"
BMT-nin Baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, sürətlə inkişaf edən süni intellekt və kvant hesablamaları texnologiyaları nüvə təhlükəsi riskini daha da artırır.
DünyaEvliliyi xilas etməkdən yazan pastor çoxarvadlılığa görə həbs edildi
Həyat yoldaşını sevmək və evliliyi xilas etmək mövzusunda kitab yazan 62 yaşlı pastor Lesli Uilyams Floridada həbs edilib. O, çoxarvadlılıqda (biqamiya) ittiham olunur.