
Antonio Quterreşdən dünyanı narahat edən xəbərdarlıq: "Süni intellekt nüvə təhlükəsini artırır"
BMT-nin Baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, sürətlə inkişaf edən süni intellekt və kvant hesablamaları texnologiyaları nüvə təhlükəsi riskini daha da artırır.
BMT-nin Baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, sürətlə inkişaf edən süni intellekt və kvant hesablamaları texnologiyaları nüvə təhlükəsi riskini daha da artırır.
Gundem.today xəbər verir ki, o, bu barədə Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin icrasına dair Nyu-Yorkda keçirilən 11-ci iclas-konfransda çıxışı zamanı danışıb.
"Bu gün nüvə təhdidi süni intellekt və kvant texnologiyaları kimi sürətlə inkişaf edən sahələrdən qaynaqlanan yeni risklərlə daha da güclənir. Müqavilə nüvə silahı ilə yeni texnologiyalar arasındakı qarşılıqlı əlaqəni nəzərə almalıdır. Bəşəriyyət nüvə silahı tam aradan qaldırılana qədər onun istifadəsinə olan nəzarəti əldən verməməlidir", - deyə Quterreş vurğulayıb.
Baş katib qeyd edib ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi dövlətlərin onun müddəalarına sadiq qalması şərti ilə nüvə silahından azad dünya üçün aktiv əsas olaraq qalmağa qadir "canlı alət"dir.
Xatırladaq ki, aprelin 27-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında işə başlayan iclas-konfrans hər beş ildən bir keçirilir. Tədbir müqaviləyə qoşulan 191 ölkənin nümayəndələrini bir araya gətirir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAvropa Komissiyası biznes mühitində yeni dəyişikliklər planlaşdırır
Avropa Komissiyası (AK) biznes sahəsində dəyişikliklərə hazırdır.
DünyaKİV: ABŞ-də bəzi məşhur avtomobil markalarının satışı dayandırıla bilər
Bir neçə qlobal avtomobil istehsalçısı öz büdcəli modellərinin ABŞ bazarında satışından imtina etməyi planlaşdırır.
DünyaMarko Rubio İran və ABŞ arasındakı diplomatik əlaqələrin detallarını açıqladı
ABŞ-nin dövlət katibi Marko Rubio İranın xarici işlər naziri Abbas Əraqçı ilə heç vaxt əlaqə saxlamadığını bəyan edib.
DünyaDonald Tramp İranın təklifindən narazıdır - Ağ Ev liderini qane etməyən səbəb
ABŞ Prezidenti Donald Tramp İranın Yaxın Şərqdəki münaqişəni sona çatdırmaq məqsədilə irəli sürdüyü təklifdən məmnun deyil. Çünki Tehran bu sənəddə nüvə proqramına toxunmur.