
Türkiyədə şagirdlərin telefonlarına nəzarət gücləndirilir: Xüsusi SIM-kartlar tətbiq olunacaq
Məktəblərdə baş verən son silahlı insidentlərdən sonra Türkiyə hökuməti arzuolunmaz məzmunu bloklama sisteminə malik xüsusi uşaq SIM-kartların tətbiq edilməsi barədə qərar qəbul edib.
Məktəblərdə baş verən son silahlı insidentlərdən sonra Türkiyə hökuməti arzuolunmaz məzmunu bloklama sisteminə malik xüsusi uşaq SIM-kartların tətbiq edilməsi barədə qərar qəbul edib.
Gundem.today xəbər verir ki, bu barədə "Yeni Şafak" qəzeti məlumat yayıb.
Bildirilib ki, türkiyəli ekspertlər və analitiklər zorakılığı təbliğ edən videooyunların azyaşlılarda aqressiv davranış riskini artırdığını vurğulayırlar. Nəşrin yazdığına görə, valideynlərin nəzarətində olacaq xüsusi SIM-kartların tətbiqi ilə yanaşı, rəsmilər VPN xidmətlərinin bloklanması və 18 yaşdan aşağı şəxslər üçün internetə çıxışın məhdudlaşdırılması imkanlarını da nəzərdən keçirirlər. Hökumət bir gün fərqlə məktəblərdə baş verən hücumlardan sonra uşaqların oyunlara çıxışına nəzarəti gücləndirmək qərarına gəlib.
Xatırladaq ki, aprelin 14-də Şanlıurfada, aprelin 15-də isə Kahramanmaraşda yerləşən məktəblərdə silahlı hücum olub. Hər iki hadisənin nəticəsində 11 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.
"Yeni Şafak" qeyd edir ki, istintaq zamanı müstəntiqlər hücum edənlərdən birinin tez-tez "qəddar" kompüter oyunları oynadığını və digər ölkələrdən olan oyunçularla məktəbə hücum planlarını müzakirə etdiyini müəyyənləşdiriblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaHəkim xərçəng xəstəliyindən "sığortalanmış" insan qrupunu açıqladı
Jilber sindromu olan insanlarda xərçəng xəstəliyi daha az diaqnoz edilir və onlar daha uzun yaşayırlar.
DünyaKonor Makqreqor növbəti döyüşünün vaxtını açıqlayıb
İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor 2021-ci ildən sonra ilk döyüşünü bu yay keçirməyi planlaşdırdığını bildirib.
DünyaŞəkər xəstələrinə balqabaq yemək olar? - Həkimdən məsləhət
Düzgün hazırlanan və normada istehlak edilən balqabaq qan şəkərinin kəskin dəyişməsinə yol açmır. Buna baxmayaraq, diabetin son mərhələlərində suda bişmiş balqabağın çox yeyilməsindən çəkinmək lazımdır.
DünyaHindistanda toyda DƏHŞƏT: Ofisiant azyaşlı uşağı yanan sobaya atıb
Hindistanda baş tutan toy mərasimində ofisiant şirniyyat oğurladığı üçün 11 yaşlı Çaman adlı oğlan uşağını yanan sobaya atıb.