Son dəqiqə
Rusiyada kriptobirja sındırıldı, istifadəçilərin milyonlarla pulu oğurlandı"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM - VİDEOİran Hörmüz boğazının idarə edilməsindən əldə edilən gəlirləri açıqlayıbLionel Messi futbol klubunun sahibi olduİmişlidə müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ - TƏFƏRRÜATNetanyahu: "İsrail ordusu atəşkəs başlayandan sonra Livanın cənubunda qalacaq"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. TÜRKPA üzv dövlətlərinin parlament sədrlərinin qeyri-rəsmi görüşü keçirilib
TÜRKPA üzv dövlətlərinin parlament sədrlərinin qeyri-rəsmi görüşü keçirilib
Siyasət

TÜRKPA üzv dövlətlərinin parlament sədrlərinin qeyri-rəsmi görüşü keçirilib

Bu gün
20:32
0 baxış
Paylaş:

Aprelin 16-da İstanbul şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində TÜRKPA üzv dövlətlərinin parlament sədrlərinin, müşahidəçi dövlətlərin, habelə Türkmənistan və Özbəkistanın yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə 1-ci qeyri-rəsmi görüşü baş tutub.

Aprelin 16-da İstanbul şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində TÜRKPA üzv dövlətlərinin parlament sədrlərinin, müşahidəçi dövlətlərin, habelə Türkmənistan və Özbəkistanın yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə 1-ci qeyri-rəsmi görüşü baş tutub.

Gundem.today xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun ev sahibliyi ilə baş tutan görüşdə TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Qırğızıstan Joqorku Keneşinin sədri Marlen Mamataliev, Özbəkistan Ali Məclisi Senatının sədri Tanzila Narbayeva, Macarıstan Milli Assambleyası sədrinin birinci müavini Marta Matrai, Şimali Kipr Türk Respublikası parlamentinin sədr müavini Fazilet Özdenefe, Türkmənistan parlamentinin Beynəlxalq və parlamentlərarası əlaqələr komissiyasının sədri Maksat Kuliyev və TÜRKPA baş katibi Ramil Həsən iştirak ediblər.

Görüş zamanı qardaş dövlətlərin parlament sədrləri TÜRKPA-nın son dövrlərdəki fəaliyyətini yüksək qiymətləndirib, siyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişafı, xüsusilə təşkilat daxilində vahid qanunvericilik bazasının və Model Qanunların hazırlanması və tətbiqi istiqamətində birgə səylərə tam dəstəyini bir daha ifadə ediblər.

Görüş baş katib Ramil Həsənin son altı ay ərzində həyata keçirilmiş fəaliyyətlər, o cümlədən üzv və müşahidəçi dövlətlərin parlament rəhbərləri və xarici işlər nazirləri ilə keçirilmiş görüşlər barədə hesabatı ilə davam edib. Baş katib TÜRKPA-nın islahat prosesi çərçivəsində yeni hüquqi sənədlərin hazırlanmasının başa çatdığını və üzv dövlətlərin bu barədə rəsmi şəkildə məlumatlandırıldığını qeyd edib. Həmçinin 2027-2028-ci illər üçün Büdcə Proqramının yekunlaşdırıldığı və TÜRKPA-nın bu istiqamətdə üzv dövlətlərin dəstəyini gözlədiyi vurğulanıb.

Özbəkistan Ali Məclisi Senatının yaxın vaxtlarda TÜRKPA-nın tamhüquqlu üzvünə çevriləcəyinə dair inamını ifadə edən baş katib, təşkilatın Türkmənistan, Macarıstan və Şimali Kiprlə genişlənən əməkdaşlığını da xüsusi qeyd edib. R.Həsən cari ilin sentyabr ayında Türkiyədə keçirilməsi planlaşdırılan "Avrasiyada yeni əməkdaşlıq: Strateji münasibətlərin inkişafında TÜRKPA-nın rolu və parlament diplomatiyası" mövzusunda konfransa ev sahibliyi edəcəyi üçün Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa səmimi minnətdarlığını çatdırıb.

Qeyri-rəsmi görüş ailə fotosu və iştirakçıların TÜRKPA-nın cari fəaliyyətinə, eləcə də baş katib tərəfindən təqdim olunan hesabatda əksini tapan məsələlərə tam dəstəyini yenidən bildirmələri ilə başa çatıb.

Tədbirdə TÜRKPA Beynəlxalq Katibliyi Baş katibin müavinləri Talqat Aduov və Muhammet Alper Hayali, Komissiya katibi Aynurə Abutalıbova, Protokol xidmətinin rəhbəri Yadigar Məmmədov, Təşkilati və inzibati məsələlər üzrə katib Ələsgər Ağayev, Hüquq məsələləri üzrə mütəxəssis Azər Məmmədov və Baş katibin köməkçisi Tahmina Bakiyeva tərəfindən təmsil olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Türk_Dövlətləri_Parlament_Assambleyası_(TÜRKPA)

Oxşar Xəbərlər

Gürcüstan parlamentinin sədri: "Tbilisi, İrəvan və Bakı öz milli maraqlarına uyğun hərəkət edirlər"Siyasət

Gürcüstan parlamentinin sədri: "Tbilisi, İrəvan və Bakı öz milli maraqlarına uyğun hərəkət edirlər"

"Gürcüstan, Ermənistan və Azərbaycan getdikcə öz milli maraqlarına uyğun hərəkət edirlər".

Bu gün
21:240
"Haber Global" İlham Əliyevin Türkiyə səfərinə dair süjet təqdim edib - VİDEOSiyasət

"Haber Global" İlham Əliyevin Türkiyə səfərinə dair süjet təqdim edib - VİDEO

"Haber Global" telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə səfərinə dair süjet təqdim edib.

Bu gün
21:040
Aleksey Overçuk: "Ağbənd körpüsü "Şimal-Cənub" və "Şərq-Qərb" dəhlizlərinin əsas elementi olacaq"Siyasət

Aleksey Overçuk: "Ağbənd körpüsü "Şimal-Cənub" və "Şərq-Qərb" dəhlizlərinin əsas elementi olacaq"

"Ağbənd körpüsü həm "Şimal-Cənub", həm də "Şərq-Qərb" dəhlizlərinin əsas elementi olacaq".

Bu gün
19:060
Rusiya baş nazirinin müavini: "Şimal-Cənub" dəhlizini genişləndirmək üçün yeni dəmir yolunun inşasında maraqlıyıq"Siyasət

Rusiya baş nazirinin müavini: "Şimal-Cənub" dəhlizini genişləndirmək üçün yeni dəmir yolunun inşasında maraqlıyıq"

"Rusiya "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin genişləndirilməsi çərçivəsində yeni dəmir yolu xəttinin inşasında maraqlıdır".

Bu gün
18:520