
UEFA Çempionlar Liqası: "Barselona" "Atletiko Madrid"ə, "Liverpul" isə PSJ-yə uduzdu - VİDEO
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Gundem.today xəbər verir ki, bu gecə iki görüş baş tutub.
Turnirin ötənilki qalibi PSJ evdə "Liverpul"u qəbul edib. Qarşılaşma parislilərin inamlı qələbəsi ilə yekunlaşıb - 2:0. Qolların müəllifləri Dezire Due və Xviça Kvaratsxeliya olublar.
Digər matçda İspaniyanın iki təmsilçisi - "Barselona" və "Atletiko Madrid" üz-üzə gəliblər. Pau Kubarsinin 44-cü dəqiqədə qırmızı vərəqə alaraq azlıqda qoyduğu "Barselona" evdə rəqibinə uduzub - 0:2. Madridlilərdən Xulian Alvares və Aleksanr Sörlot fərqləniblər.
Hər iki cütlük arasında cavab qarşılaşması aprelin 14-də keçiriləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanPSJ-dən 100 milyonluq transfer bombası: "Çelsi"nin istedadı Parisə yollana bilər - FOTO
"Çelsi"nin gənc vingeri Estevanın PSJ-yə keçidi reallaşmağa yaxındır.
İdmanUEFA Avropa Liqası: "Braqa" öz meydanında "Real Betis"ə qalib gələ bilmədi
UEFA Avropa Liqasının 1/4 final mərhələsinin oyunlarına "Braqa" - "Real Betis" matçı ilə start verilib.
İdmanRumıniyada Mirça Luçesku ilə vida mərasimi keçirilib
80 yaşında vəfat edən rumıniyalı məşqçi Mirça Luçesku üçün Rumıniyanın paytaxtı Buxarestdəki "Arena Nationala" stadionunda rəsmi vida mərasimi keçirilib.
İdman"Fənərbağça"dan yarımçıq qalmış transfer həmləsi - FOTO
Darvin Nunyesin Səudiyyə Ərəbistanı karyerası qısa sürə bilər.