
Ukraynanın sabiq baş nazirinin istintaqı başa çatdı
Ukraynanın korrupsiyaya qarşı mübarizə orqanları keçmiş baş nazir və "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko ilə bağlı istintaqı başa çatdırıb.
Ukraynanın korrupsiyaya qarşı mübarizə orqanları keçmiş baş nazir və "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko ilə bağlı istintaqı başa çatdırıb.
Gundem.today xəbər verir ki, bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğu (SAP) açıqlama yayıb.
"Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğu və Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu Ali Radadakı parlament fraksiyalarından birinin rəhbəri ilə bağlı iş üzrə istintaqı başa çatdırıb", - deyə prokurorluğun "Telegram" kanalında verilən açıqlamada qeyd olunub.
Qurum tərəfindən siyasətçinin soyadı açıqlanmasa da, işin sadalanan halları məhz Timoşenkoya işarə edir. SAP qeyd edib ki, siyasətçi yanvar ayında Rada deputatlarına rüşvət təklif etməyə cəhd göstərərkən ifşa olunub. İstintaqın versiyasına görə, söhbət birdəfəlik qanunsuz ödənişdən yox, əvvəlcədən ödənişləri nəzərdə tutan və uzun müddətə hesablanmış müntəzəm əməkdaşlıq mexanizmindən gedirdi.
Qeyd edək ki, yanvarın 14-nə keçən gecə Ukraynanın antikorrupsiya idarələri Rada deputatlarının ələ alınması işi ilə əlaqədar Kiyevdə "Batkivşina" partiyasının ofisində axtarışlar aparıb. Timoşenkoya qanunsuz fayda təklif etmə maddəsi ilə ittiham irəli sürülüb, onu 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir. Milli Antikorrupsiya Bürosu tərəfindən dərc edilən səs yazılarına əsasən, o, parlamentdə müəyyən şəkildə səs vermələri üçün deputatlara ayda 10 000 dollar təklif edib. Yanvarın 16-da məhkəmə onun barəsində girov müqabilində azadlığa buraxılma şəklində qətimkan tədbiri seçib. O, müstəntiqin, prokurorun və məhkəmənin tələbi ilə dərhal gəlməli, yaşayış və iş yerinin dəyişdirilməsi barədə xəbərdarlıq etməli və xarici pasportunu təhvil verməlidir. Timoşenko istintaqın səs yazılarının saxtalaşdırıldığını iddia edir, onun vəkillər qrupu isə artıq Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət hazırlayır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp: "İran daha uranın zənginləşdirilməsi prosesini davam etdirməyəcək"
ABŞ Prezidenti Donald Tramp İranın bundan sonra uranın zənginləşdirilməsi prosesini davam etdirməyəcəyini deyib.
DünyaABŞ-İran atəşkəsi fonunda Yaxın Şərq ölkələrinə hücumlar edilir
ABŞ və İran arasında əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, Yaxın Şərqdə hələ də ayrı-ayrı hücumlar qeydə alınmaqdadır.
DünyaTramp İrana silah satan ölkələrə 50 faiz rüsum tətbiq edəcək - FOTO
"İrana silah və hərbi vasitələr tədarükü həyata keçirən istənilən ölkənin Amerika Birləşmiş Ştatlarına ixrac etdiyi bütün məhsullara dərhal 50 faiz rüsum tətbiq olunacaq".
DünyaCey Di Vens Vaşinqton-Tehran barışığını "kövrək" adlandırdı: "ABŞ-nin müttəfiqləri ABŞ-İran atəşkəsinə qoşulublar"
ABŞ vitse-prezidenti Ceyms Devid Vens Vaşinqton və Tehran arasında əldə edilən müvəqqəti ikihəftəlik atəşkəs razılaşmasını "kövrək" adlandırıb, həmçinin əlavə edib ki, ABŞ-nin regiondakı müttəfiqləri atəşkəsə qoşulub və hərbi əməliyyatlar aparmırlar.