
"Ümummilli lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda konfrans keçirilib
Mayın 6-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Mədəniyyət işçiləri YAP ərazi ilk təşkilatının təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzində "Ümummilli lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda konfrans keçirilib. Konfrans ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub.
Mayın 6-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Mədəniyyət işçiləri YAP ərazi ilk təşkilatının təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzində "Ümummilli lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda konfrans keçirilib. Konfrans ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub.
Gundem.today xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra ümummilli liderin mədəniyyət sahəsinin inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, ümummilli lider Heydər Əliyev üçün milli-mənəvi dəyərlər sadəcə qorunmalı irs deyil, xalqın varlığını təsdiq edən, onu zamanın sınaqlarından keçirən və gələcəyə aparan əsas güc mənbəyi idi. Qeyd edilib ki, ana dilinə sevgi, ədəbiyyata, musiqiyə və milli adət-ənənələrə bağlılıq ulu öndərin siyasətində xüsusi yer tutub. Bu dəyərlər yalnız keçmişin yadigarı kimi deyil, həm də müasir dövlət quruculuğunun və mənəvi inkişafın əsas sütunları kimi dəyərləndirilib.
"Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, professor Fuad Məmmədov, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Xalq şairi Vahid Əziz, Xalq artisti Əbdül Mahmudov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Mədəniyyət işçiləri YAP ərazi ilk təşkilatının sədri, mədəniyyət nazirinin köməkçisi Emin Hüseynov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı müstəsna rolundan, milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətdən ətraflı söz açıblar.
Bildirilib ki, ulu öndərin müəyyən etdiyi strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli irsin qorunması, mədəniyyətin inkişafı və dünya miqyasında tanıdılması istiqamətində ardıcıl işlər görülür. Qeyd olunub ki, bu siyasət nəticəsində Azərbaycan mədəniyyəti beynəlxalq platformalarda geniş şəkildə təbliğ olunur, ölkəmizin zəngin mədəni irsi dünya ictimaiyyətinə çatdırılır.
Çıxışlardan sonra ümummilli lider Heydər Əliyevin sevdiyi musiqilərdən ibarət bədii proqram təqdim olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətMingəçevirdə WUF13 Festivalı keçirilir - FOTO - VİDEO
Mingəçevir şəhəri sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı keçirilir.
CəmiyyətKonstitusiya Məhkəməsində Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib
Mayın 6-da Konstitusiya Məhkəməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş "İnsan hüquq və azadlıqlarının qorunması üçün milli mexanizmlərin effektivliyi: Konstitusiya hüquq sisteminin əsası kimi" mövzusunda dəyirmi masa keçirilib.
CəmiyyətDİQQƏT: Azərbaycanda İLK DƏFƏ bir yolu saatda 130 kilometr sürətlə getmək mümkündür
"Aprelin 28-dən etibarən M1 Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun 53-cü km-dən 185-ci km-nə qədər olan hissəsində maksimal hərəkət sürətinin 130 km/saat olduğunu bildirən yol nişanlarının quraşdırılması başa çatıb".
CəmiyyətBakı-Quba-Rusiya sərhədi ödənişli yolunda sürət həddinə nəzarət gücləndirilir
Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda müəyyən edilmiş sürət həddinə quraşdırılmış radar qurğuları vasitəsilə intensiv nəzarət olunur.