
300 minlik evə cəmi 25 min manat təminat: Bakıda minlərlə ailəni düşündürən problem - VİDEO
Bakıda mənzil və həyət evlərinin qiyməti sürətlə artsa da, icbari əmlak sığortası üzrə maksimal təminat məbləği illərdir eyni qalır.
Bakıda mənzil və həyət evlərinin qiyməti sürətlə artsa da, icbari əmlak sığortası üzrə maksimal təminat məbləği illərdir eyni qalır.
Gundem.today Xəzər TV-yə istinadən xəbər verir ki, hazırda paytaxt üzrə bu rəqəm 25 min manatdır. Halbuki şəhərdə evlərin 100 min manatdan başlayan qiymətlərlə, hətta 200-300 min manat və daha baha satılması adi hala çevrilib. Bu fərq, xüsusilə, son aylarda baş verən leysan, subasma və digər hadisələrdən sonra daha çox diqqət çəkir. Çünki bahalı evə ciddi zərər dəyəndə vətəndaşın aldığı icbari sığorta ödənişi çox vaxt ziyanın yalnız kiçik hissəsini qarşılaya bilir.
Mövcud qaydalara əsasən, Bakı şəhərində icbari əmlak sığortası üzrə haqq 50 manat, təminat isə 25 min manatdır. Gəncə, Sumqayıt və Naxçıvanda təminat 20 min, digər şəhər və rayonlarda isə 15 min manat müəyyən edilib.
Ekspertlərin fikrincə, daşınmaz əmlak bazarında qiymətlər dəyişdiyi halda, sığorta limitlərinin uzun müddət sabit qalması həm vətəndaşların marağını azaldır, həm də sığortanın rolunu zəiflədir. Yəni vətəndaş sığorta alır, amma böyük zərər zamanı gözlədiyi həcmdə kompensasiya ala bilmir.
Mütəxəssis Vüsal Bədəlov deyir ki, vətəndaş evinin tam dəyərinə yaxın təminat almaq istəyirsə, könüllü sığortaya üstünlük verməlidir.
Onun sözlərinə görə, vətəndaş təxminən 200 min manatlıq əmlakı üçün 200-300 manat civarında ödəniş etməklə evini könüllü sığortalada bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSosial şəbəkələrdə trend davranışlar fərdiliyə necə təsir edir? - VİDEO
Baku TV-nin "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.
CəmiyyətKredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO
Kredit götürmək istəyən vətəndaşın 450 manatı mənimsənilib.
CəmiyyətBakının bahalı evləri və iri villaları ilə diqqət çəkən köhnə məhəlləsi: "Vorovski"dən REPORTAJ - VİDEO
Baku TV Bakının köhnə məhəllələrindən biri - "Vorovski" haqqında reportaj hazırlayıb.
CəmiyyətTelefonunuzdakı gizli təhlükə: Pullarınızı səssizcə oğurlaya bilərlər
Azərbaycanda mobil ödəniş və rəqəmsal pul kisəsi xidmətlərinin sürətli genişlənməsi maliyyə əməliyyatlarının daha rahat və operativ aparılmasına imkan yaradır. Lakin bu inkişafla paralel olaraq kibertəhlükəsizlik məsələləri də daha aktual xarakter alır. Son dövrlərdə mobil ödəniş platformalarından biri ilə bağlı hesabların dondurulması və vəsaitlərin təhlükəsizliyi ətrafında yaranan müzakirələr rəqəmsal maliyyə ekosistemində təhlükəsizlik mexanizmlərinin vacibliyini bir daha gündəmə gətirib.