Son dəqiqə
KİV: Qlobal böhrana baxmayaraq süni intellekt çiplərinə tələbat artmaqda davam edirVitamin çatışmazlığı Altsheymer xəstəliyinə səbəb ola bilər?Yeni araşdırma: Orta əsrlərdə Yer güclü Günəş partlayışı ilə üzləşibUqandada şimpanzelər arasında "vətəndaş müharibəsi" başlayıbRusiyada həkimlər divan yeyən uşağı xilas ediblərƏfqanıstanda cinlərlə danışdığını deyən şəxs saxlanıldı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Uqandada şimpanzelər arasında "vətəndaş müharibəsi" başlayıb
Uqandada şimpanzelər arasında "vətəndaş müharibəsi" başlayıb
Dünya

Uqandada şimpanzelər arasında "vətəndaş müharibəsi" başlayıb

Bu gün
03:08
0 baxış
Paylaş:

ABŞ, Almaniya, Çin və Uqandanı təmsil edən beynəlxalq tədqiqatçılar qrupu müəyyən ediblər ki, çoxsaylı Nqoqo şimpanze icması hazırda parçalanma və "vətəndaş müharibəsi" dövrünü yaşayır. Bu qanlı toqquşmalar nəticəsində 200-dən çox fərd olan qrupda ən azı 24 primat həyatını itirib.

ABŞ, Almaniya, Çin və Uqandanı təmsil edən beynəlxalq tədqiqatçılar qrupu müəyyən ediblər ki, çoxsaylı Nqoqo şimpanze icması hazırda parçalanma və "vətəndaş müharibəsi" dövrünü yaşayır. Bu qanlı toqquşmalar nəticəsində 200-dən çox fərd olan qrupda ən azı 24 primat həyatını itirib.

Gundem.today məlumat verir ki, Uqanda ərazisində yerləşən Kibale Milli Parkındakı şimpanzelər üzərində aparılan çoxillik tədqiqatların yekunları nüfuzlu "Science" jurnalında ictimaiyyətə təqdim edilib.

Tədqiqatçıların qənaətinə görə, Nqoqo şimpanze sürüsü 20 ildən artıq müddətdə güclü sosial bağlarla birləşən bütöv bir cəmiyyət kimi fəaliyyət göstərib. Həmin illər ərzində icma daxilində hər hansı bir çəkişmə qeydə alınmayıb; əksinə, onlar qidalanma areallarını genişləndirmək məqsədilə qonşu primat dəstələrinə qarşı birgə mübarizə aparıb, daim yeni ərazilər ələ keçiriblər.

Ancaq 2015-ci ildə iyerarxik quruluşda üstün mövqeyə malik olan bəzi lider erkək şimpanzelərin xəstəlik səbəbindən ölməsi 200-dən çox fərdin olduğu sürüdə parçalanmaların əsasını qoyub. Liderlərin itirilməsi icmadaxili sosial telləri qırıb və onların mövqeyini daha təcavüzkar fərdlərin tutması vəziyyəti kəskinləşdirib. Yekunda qəbilə iki fərqli düşərgəyə ayrılıb və bundan sonra bir qrupun erkəkləri digər tərəfdəki şimpanzelərə qarşı sistematik hücumlar təşkil etməyə başladılar.

Bu proseslər son nəticədə genişmiqyaslı və davamlı "vətəndaş müharibəsinə" çevrilərək azı 24 fərdin məhvi ilə sonlanıb. Elm adamları real itki göstəricilərinin təxmin ediləndən daha yüksək olduğunu istisna etmirlər. Bəzi aparıcı erkəklərin öldürülməsinə baxmayaraq, tərəflər arasındakı münaqişə hələ də səngiməyib. Tədqiqatçılar bu amansız qarşıdurmanın dəqiq kökləri barədə yekun rəy verməsələr də, ehtimal edirlər ki, qrupun ərazi genişləndirməsində əldə etdiyi böyük uğurlar populyasiyanın artmasına və nəticə etibarilə daxili rəqabətin ifrat dərəcədə güclənməsinə gətirib çıxarıb.

Mütəxəssislər xatırladırlar ki, şimpanzelər arasında oxşar miqyaslı sonuncu belə savaş 1970-ci illərdə Tanzaniyada qeydə alınıb. Həmin hadisə tarixə "Qombe şimpanze müharibəsi" yaxud "Dördillik müharibə" adı ilə düşüb. O zaman təqribən 10 primatın ölümü ilə nəticələnən qarşıdurma, bir dəstə tərəfindən rəqib qrupun erkəklərinin demək olar ki, tamamilə öldürülməsi və yerdə qalanların başqa zonalara sıxışdırılması ilə bitmişdi.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Şimpanze

Oxşar Xəbərlər

KİV: Qlobal böhrana baxmayaraq süni intellekt çiplərinə tələbat artmaqda davam edirDünya

KİV: Qlobal böhrana baxmayaraq süni intellekt çiplərinə tələbat artmaqda davam edir

Yaxın Şərqdəki münaqişələrin süni intellekt məlumat bazalarına olan ehtiyacı aşağı salacağı barədə ehtimallar reallaşmayıb.

Bu gün
04:440
Yeni araşdırma: Orta əsrlərdə Yer güclü Günəş partlayışı ilə üzləşibDünya

Yeni araşdırma: Orta əsrlərdə Yer güclü Günəş partlayışı ilə üzləşib

Fiziklər müəyyən ediblər ki, Yer 1200 və ya 1201-ci ildə Günəş aktivliyinin pik dövründə güclü plazma tullantısının təsirinə məruz qalıb. Bunun izləri qədim Çin xronikalarında və yapon mənbələrində aşkar edilib.

Bu gün
03:400
Rusiyada həkimlər divan yeyən uşağı xilas ediblərDünya

Rusiyada həkimlər divan yeyən uşağı xilas ediblər

Rusiyanın paytaxtı Moskva şəhərinin Morozov Uşaq Xəstəxanasının həkimləri qeyri-adi vərdiş səbəbindən kəskin qida pozuntusu yaranan uşağı xilas ediblər.

Bu gün
02:360
Əfqanıstanda cinlərlə danışdığını deyən şəxs saxlanıldıDünya

Əfqanıstanda cinlərlə danışdığını deyən şəxs saxlanıldı

Əfqanıstanda telefonla cinlərlə danışdığını bildirən bir vətəndaş hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bu gün
02:241