
"Uşağa üçüncü qrup əlillik təyin edirlər, amma hər il müavinəti dayandırırlar" - Maddi çətinliklərlə üzləşən ailədən ŞİKAYƏT - VİDEO
Əslən Ağdamdan olan, hazırda Göygöl rayonunda məskunlaşan Həsənovlar ailəsi Baku TV-nin qaynar xəttinə müraciət edib.
Əslən Ağdamdan olan, hazırda Göygöl rayonunda məskunlaşan Həsənovlar ailəsi Baku TV-nin qaynar xəttinə müraciət edib.
Ailə anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkən 4 yaşlı övladlarının əlillik müavinətinin dayandırılmasından şikayətçidir.
Ailə başçısı Nicat Həsənovun da səhhətində müəyyən problemlər var. Maddi çətinliklərlə üzləşən ailə aidiyyəti qurumlardan kömək istəyir.
Azyaşlının anası Cəmilə Həsənova bildirib ki, övladı hər il narkoz altında müalicə alır və bu prosesdən sonra vəziyyəti daha da ağırlaşır:
". İstəyirik ki, əlillik dərəcəsi düzgün müəyyənləşdirilsin və hər il yenidən dayandırılmasın. Yoldaşımın da işi yoxdur, özü də üçüncü qrup əlildir. Çətin vəziyyətdə yaşayırıq. Sənədləri təqdim etmişik, amma hələ də bizə heç bir cavab verilməyib".
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, Rüstəm Nicat oğlu Həsənovun mövcud xəstəliyinə dair ekspertiza üçün əhəmiyyətli göstəricilər Nazirlər Kabinetinin təsdiq etdiyi əlilliyin müəyyən olunması meyarlarına uyğun gəlmədiyi üçün vətəndaş adına göndəriş sənədinin (Forma 88) rəsmiləşdirilməsi mümkün olmayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət74 gündür evlərə nə girə bilirlər, nə də çıxa - "Kömək etmək istəyəni də qoymurlar" - VİDEO
Abşeron rayonunun Məmmədli qəsəbəsində fərdi yaşayış evlərini su basıb. Buna ərazidəki göldə suyun səviyyəsinin qalxması səbəb olub.
Cəmiyyət"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
İyunun 7-də Masazır qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi mübahisə ilə nəticələnib.
CəmiyyətSosial şəbəkələrə yaş məhdudiyyəti təklifi: Uşaqları nə gözləyir?
"Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasına yönələn qanunvericilik təşəbbüsü müasir dövrün çağırışlarına uyğun olaraq qəbul edilən mühüm və strateji addımdır. İnformasiya texnologiyalarının sürətli inkişafı fonunda uşaqların rəqəmsal məkanda təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan 16 yaşadək şəxslərin sosial şəbəkələrdə qeydiyyatına müəyyən məhdudiyyətlərin tətbiqi ilk növbədə uşaqların fiziki, psixoloji və
CəmiyyətMedia eksperti: "16 yaşadək uşaqların sosial şəbəkələrə çıxışına məhdudiyyət vacibdir"
"Yeniyetməlik dövründə insanın şəxsiyyəti, özünəinamı, dəyər sistemi, sosial münasibətləri və emosional durumu formalaşır. Bu yaşlarda sosial şəbəkələrdən məhdudiyyətsiz istifadə yeniyetmələr arasında depressiya, təşviş pozuntuları və özünəqəsd düşüncələrinin artmasını stimullaşdırır. Həmçinin kiberzorakılıq hallarını artırır".