Son dəqiqə
Ürəyi dayanan 62 yaşlı kişini xilas edən həkimlər danışdılarAğcabədidə ağır qəza: Hadisə yerindən GÖRÜNTÜLƏRDövlət büdcəsində ARTIM: Gəlirlər 9.6 milyardı keçdiPentaqon ABŞ-nin 1.5 trilyon dollarlıq müdafiə büdcəsinin detallarını açıqlayıbNazirdən tapşırıq: Nəzarət daha da sərtləşdiriləcəkƏhalinin NƏZƏRİNƏ: Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə DƏYİŞİKLİKLƏR EDİLDİ
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Uşaqları niyə peyvənd etdirməliyik? - Səhiyyə Nazirliyinin mütəxəssisindən MÜHÜM TÖVSİYƏLƏR - FOTO
Uşaqları niyə peyvənd etdirməliyik? - Səhiyyə Nazirliyinin mütəxəssisindən MÜHÜM TÖVSİYƏLƏR - FOTO
Cəmiyyət

Uşaqları niyə peyvənd etdirməliyik? - Səhiyyə Nazirliyinin mütəxəssisindən MÜHÜM TÖVSİYƏLƏR - FOTO

Dünən
12:20
0 baxış
Paylaş:

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsünə uyğun olaraq, 2026-cı ilin 19-25 aprel tarixlərində ölkəmizdə "İmmunlaşdırma həftəsi" keçirilir. Səhiyyə naziri bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən respublikanın bütün şəhər və rayonlarında immunizasiya tədbirlərinin genişləndirilməsi, xüsusilə peyvənddən kənarda qalan uşaqların vaksinasiyaya cəlb olunması, əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi və peyvəndlərlə əhatə səviyyəsinin artırılması nəzərdə tutulur.

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsünə uyğun olaraq, 2026-cı ilin 19-25 aprel tarixlərində ölkəmizdə "İmmunlaşdırma həftəsi" keçirilir. Səhiyyə naziri bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən respublikanın bütün şəhər və rayonlarında immunizasiya tədbirlərinin genişləndirilməsi, xüsusilə peyvənddən kənarda qalan uşaqların vaksinasiyaya cəlb olunması, əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi və peyvəndlərlə əhatə səviyyəsinin artırılması nəzərdə tutulur.

Gundem.today mövzu ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin epidemioloji şöbəsinin İmmunoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva ilə müsahibəni təqdim edir:

- Gülafət xanım, "İmmunlaşdırma həftəsi"nin əsas məqsədi nədir və peyvəndlərlə idarə olunan xəstəliklər hansılardır?

- "İmmunlaşdırma həftəsi" hər il aprel ayının son həftəsində keçirilən və əhalinin sağlamlığının qorunmasında müstəsna rol oynayan bir kampaniyadır. Onun əsas məqsədi cəmiyyətin bütün yaş qrupları arasında peyvəndləmənin əhəmiyyəti, ən effektiv və təhlükəsiz üsul olduğu barədə məlumatlılığı artırmaq, insanları yoluxucu xəstəliklərdən qorumaq üçün vaxtında vaksinasiya olunmağa təşviq etmək, peyvəndlər haqqında yayılan miflərə elmi faktlarla cavab verməkdir.

Hər il bu mövzuya xüsusi diqqət ayrılmasının səbəbi kollektiv immuniteti qoruyub saxlamaqla kütləvi epidemiya riskləri önləmək və qarşısı alına bilən xəstəliklər səbəbindən yaranan fəsadları minimuma endirməkdir.

Bu kampaniya həm də valideynlərin vaksinlərə olan etibarını gücləndirməyə və müxtəlif səbəblərdən peyvənddən kənarda qalan uşaqları immunizasiya prosesinə cəlb etməyə xidmət göstərir.

Peyvəndlər vasitəsilə biz ölümlərə və əlliliyə səbəb olan bir çox infeksiyanın qarşısını ala bilirik. Bu, qızılca, məxmərək, epidemik parotit, göyöskürək, difteriya, tetanus, poliomielit, vərəm, hepatit b, pnevmokok infeksiyası, qrip xəstəlikləridir.

- Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, ərazi üzrə Gigiyena və Epidemiologiya Mərkəzləri tərəfindən peyvəndlərin keyfiyyətinə və təhlükəsizliyinə nəzarət hansı formada həyata keçirilir?

- Nazirlik tərəfindən ölkəyə daxil olan hər bir peyvəndin Ümumdünya Səhiyyə Təşkilatının prekvalifikasiyasına və beynəlxalq təhlükəsizlik sertifikatlarına uyğunluğuna Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və ərazi üzrə Gigiyena və Epidemiologiya Mərkəzləri ciddi nəzarət edirlər.

Mərkəzin əsas funksiyası ölkə üzrə epidemioloji vəziyyəti izləmək və vaksinasiya prosesinin planlaşdırılmasına rəhbərlik etməkdir. Ərazi GEM-ləri peyvəndlərin tibb müəssisələrinə vaxtında və bərabər şəkildə çatdırılmasını həyata keçirirlər.

Vaksinlərin istehsalçıdan tibb məntəqəsinə qədər olan yolunda temperatur rejiminin qorunması müasir "soyuq zəncir" sistemləri və mütəmadi aparılan monitorinqlər vasitəsilə təmin edilir.

Bu prosesin qüsursuz işləməsi üçün Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən ərazi GEM-nin və tibb müəssisələrinin cavabdeh personal heyəti mütəmadi olaraq ixtisaslaşdırılmış təlimlərə cəlb olunur və onların maarifləndirilməsi istiqamətində davamlı işlər aparılır.

Tibb müəssisələrindəki saxlanma şəraiti ərazi GEM-nin mütəxəssisləri tərəfindən mütəmadi monitorinq olunur, hər bir flakonun yararlılığına və üzərindəki xüsusi indikatorlar vasitəsilə fərdi qaydada nəzarət edilir.

Belə kompleks nəzarət mexanizmi sayəsində vətəndaşlarımızın yalnız yüksək keyfiyyətli və tam təhlükəsiz preparatlarla təmin olunmasına şərait yaradılır.

- Nə üçün uşaqları peyvənd etdirmək vacibdir?

- Uşaqların peyvənd edilməsi sadəcə fərdi sağlamlığının qorunması deyil, həm də gələcək nəsillərin təhlükəsizliyi üçün atılan ən mühüm addımdır. Peyvəndlərin vacibliyini bir neçə əsas səbəblə izah etmək olar. Müasir tibb sayəsində biz artıq tarixdə milyonlarla uşağın ölümünə və ya şikəst qalmasına səbəb olan xəstəliklərdən qorunma gücünə malikik. Məsələn, vaxtilə qorxulu yuxuya çevrilən uşaq iflici (poliomielit) peyvəndləmə sayəsində demək olar ki, dünyadan silinmək üzrədir.

Uşaqların immun sistemi böyüklərə nisbətən daha zəif və həssas olur. Peyvəndlər orqanizmə xəstəlik törədicisini tanıdır və ona qarşı müdafiə hazırlayır. Beləliklə, uşaq real virus və ya bakteriya ilə qarşılaşdıqda orqanizm artıq mübarizəyə hazır olur.

Cəmiyyətdə uşaqların böyük əksəriyyəti peyvənd olunduqda xəstəliyin yayılma zənciri qırılır. Bu, peyvənd olunması tibbi cəhətdən mümkün olmayan (məsələn, ağır allergiyası və ya immun çatışmazlığı olan) digər uşaqları da dolayı yolla qoruyur.

Peyvəndlə idarə olunan xəstəliklər təkcə keçici narahatlıq yaratmır, həm də qalıcı zədələr buraxa bilər. Belə ki, qızılca beyin iltihabına və korluğa, məxmərək doğuş qüsurlarına, epidemik parotit karlığa səbəb ola bilər. Biz bu gün uşaqları peyvənd etməklə xəstəliklərin kökünü kəsirik. Əgər bir xəstəlik tamamilə yox edilərsə, gələcəkdə həmin xəstəliyə qarşı peyvənd olunmağa belə ehtiyac qalmayacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının 14 aprel 2000-ci il № 857-İQ nö

#Cəmiyyət#immunlaşdırma_həftəsi#peyvənd_təqvimi#uşaqların_vaksinasiyası#respublika_gigiyena_və_epidemiologiya_mərkəzi#yoluxucu_xəstəliklər#peyvəndin_əhəmiyyəti#səhiyyə_nazirliyi#profilaktik_peyvəndlər#uşaq_sağlamlığı#vaksinlərin_təhlükəsizliyi

Oxşar Xəbərlər

Ürəyi dayanan 62 yaşlı kişini xilas edən həkimlər danışdılarCəmiyyət

Ürəyi dayanan 62 yaşlı kişini xilas edən həkimlər danışdılar

Ötən gün ictimai nəqliyyatda halı pisləşən xəstəni Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri həyata qaytarmışdılar.

Bu gün
00:240
Əhalinin NƏZƏRİNƏ: Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə DƏYİŞİKLİKLƏR EDİLDİCəmiyyət

Əhalinin NƏZƏRİNƏ: Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə DƏYİŞİKLİKLƏR EDİLDİ

Aprelin 22-də günün əsas sərnişin axını saatlarında "28 May-Əhmədli" sahəsində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək. "Bakmil" istiqamətində isə şənbə günü qrafikindən istifadə olunacaq.

Bu gün
23:400
Ölkə ikincisi Aylin uğurun sirrini açıqladıCəmiyyət

Ölkə ikincisi Aylin uğurun sirrini açıqladı

Dövlət İmtahan Mərkəzi martın 9-da ölkə üzrə keçirilimiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Buraxılış imtahanında ölkə üzrə üç nəfər mümkün olan ən yüksək nəticəni göstərib. Region şagirdləri arasında da yüksək nəticə göstərənlər var.

Bu gün
23:360
ABŞ-İsrail-İran gərginliyi turizm bazarını silkələdi: Azərbaycana necə təsir edib? - VİDEOCəmiyyət

ABŞ-İsrail-İran gərginliyi turizm bazarını silkələdi: Azərbaycana necə təsir edib? - VİDEO

ABŞ-İsrail-İran münaqişəsi turizm sektoruna da təsirsiz ötüşməyib. Ekspertlər bildirirlər ki, belə müharibələr insanların səyahət seçimlərinə birbaşa təsir edir.

Bu gün
22:480