Son dəqiqə
Vuçiç: "Macarıstanla Serbiya arasındakı infrastrukturu partlatmaq üçün detonatorlar aşkarlanıb""Mançester Siti" İngiltərə Kubokunda rekord müəyyənləşdirdiAzərbaycan gimnastı qızıl medal qazanıb - FOTOBir marşrutun hərəkət sxemi dəyişdirildiSosial şəbəkə istifadəçilərinin NƏZƏRİNƏ: Hansı paylaşımlar qanunsuz sayılır? - VİDEOƏbu-Dabidəki neft-kimya zavodunda YANĞIN
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Mədəniyyət
  3. Üzeyir Hacıbəylinin tələbəsi, Qara Qarayevin müəllimi - Qısa ömürlü dahinin doğum günüdür
Üzeyir Hacıbəylinin tələbəsi, Qara Qarayevin müəllimi - Qısa ömürlü dahinin doğum günüdür
Mədəniyyət

Üzeyir Hacıbəylinin tələbəsi, Qara Qarayevin müəllimi - Qısa ömürlü dahinin doğum günüdür

Bu gün
11:36
0 baxış
Paylaş:

Milli romans, piano və simfonik musiqinin banisi Asəf Zeynallının doğum günüdür.

Milli romans, piano və simfonik musiqinin banisi Asəf Zeynallının doğum günüdür.

Gundem.today xatırladır ki, o, 1909-cu ildə Dərbənd şəhərində dünyaya göz açıb.

A.Zeynallı 1923-26-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində Üzeyir Hacıbəylinin sinfini bitirib.

Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olublar. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır. Onun "Ölkəm", "Sərhədçi", "Çadra", "Sual", "Seyran" romansları milli vokal musiqimizin inciləridir.

O həmçinin, türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının "Sevil", "Qayıdış", X.Nəzirli və S.Rüstəmin "Alov", A.Həmidin "Hind qızı", V.Kirşonun "Küləklər şəhəri" əsərlərinə musiqi bəstələyib, "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyub. Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnısını nota alıb. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romansı ən məşhur əsəri hesab olunur.

1932-ci ildə Asəf Zeynallı Bülbüllə birlikdə xalq musiqilərini toplamaq üçün Qarabağa ezam olunub. Ezamiyyətə getmək istəməyən A.Zeynallı başladığı əsəri bitirmək istədiyini bildirsə də, istəyi nəzərə alınmayıb.

Qarabağa səfəri zamanı orada qarın yatalağına yoluxub. Vəziyyəti ağırlaşan bəstəkar müalicə almaq üçün Bakıya qayıtmalı olub.

Xəstəxanada olarkən otağının divarına son simfoniyasını yazıb və qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edib. Mənbələrin yazdığına görə, təəssüf ki, onun son vəsiyyətini heç kim yerinə yetirməyib.

Unudulmaz Azərbaycan bəstəkarı Asəf Zeynallı 1932-ci il oktyabrın 27-də dünyasını dəyişib və Çəmbərəkənd qəbiristanlığında dəfn olunub. Sonralar onun qəbri "Qurd qapısı" qəbiristanlığına köçürülüb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Mədəniyyət#Asəf_Zeynallı#Azərbaycan_Dövlət_Konservatoriyası

Oxşar Xəbərlər

Gəncədə 400 illik sirr: Çökək hamamın heyrətamiz texnologiyasıMədəniyyət

Gəncədə 400 illik sirr: Çökək hamamın heyrətamiz texnologiyası

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən hesab edilən Gəncə şəhərinin tarixi abidələrindən biri də dörd əsrdən çox yaşı olan Çökək hamamdır.

Bu gün
13:360
Fizikadan musiqiyə uzanan yol - Səssizcə böyük irs qoyub gedən sənətkarMədəniyyət

Fizikadan musiqiyə uzanan yol - Səssizcə böyük irs qoyub gedən sənətkar

Bu gün Əməkdar incəsənət xadimi, professor Oqtay Rəcəbovun doğum günüdür.

Bu gün
13:121
İşdən çıxarıldığını deyən Xalq artisti Əvəz Abdullayev: "Oyunu siz başladınız" - FOTOMədəniyyət

İşdən çıxarıldığını deyən Xalq artisti Əvəz Abdullayev: "Oyunu siz başladınız" - FOTO

"Bizim Opera və Balet Teatrının direktoruna və onun müavinlərinə xəbərdarlıq etmək istəyirdim ki, oyunu siz başladınız, biz də indi cavab verəcəyik".

Bu gün
15:220
"Miranşah", "Cin", "Qonaq" - Xalq artisti Muxtar Maniyevin doğum günüdür - VİDEOMədəniyyət

"Miranşah", "Cin", "Qonaq" - Xalq artisti Muxtar Maniyevin doğum günüdür - VİDEO

Aprelin 4-ü Azərbaycan kino sənətinin tanınmış simalarından biri, Xalq artisti Muxtar Maniyevin doğum günüdür.

Bu gün
13:502