Son dəqiqə
Nikol Paşinyan Azərbaycana gəlmək istəyirBöyük Britaniyanın 2030-cu ilə qədər yeni silah almağa vəsaiti çatmayacaqVüqar Məmmədov başqa təcridxanaya köçürüləcək - QƏRARAvropa diplomatiyasının rəhbəri Azərbaycana gələcəkİlham Əliyev İrəvanda keçirilən tədbirdə videobağlantı formatında çıxış etdiİlham Əliyev İrəvanda keçirilən tədbirdə videobağlantı formatında çıxış etdi - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Valideynlərin NƏZƏRİNƏ - Xarici dillərdə tədris üzrə birinci sinfə qəbul qaydası BİLİNDİ
Valideynlərin NƏZƏRİNƏ - Xarici dillərdə tədris üzrə birinci sinfə qəbul qaydası BİLİNDİ
Cəmiyyət

Valideynlərin NƏZƏRİNƏ - Xarici dillərdə tədris üzrə birinci sinfə qəbul qaydası BİLİNDİ

Bu gün
12:22
0 baxış
Paylaş:

Mayın 18-də saat 18:00-da dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi bitir.

Mayın 18-də saat 18:00-da dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi bitir.

Gundem.today xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, 12-26 may tarixlərində dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələr təşkil ediləcək.

Həmçinin mayın 6-da saat 11:00-dan tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat başlanacaq.

Mayın 14-dən iyunun 3-ə qədər dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibədə övladlarının qiymətləndirilməsindən narazı olan valideynlərin müraciətlərinə baxılacaq.

İyunun 17-də saat 11:00-dan dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul məqsədilə müsahibədən uğurla keçən uşaqlar üçün valideynləri tərəfindən məktəb və müəllim seçimi ilə bağlı sorğuların yerləşdirilməsinə start veriləcək.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə komissiyalarının rəyi əsasında həyata keçirilir.

Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin həm Azərbaycan, həm də rus bölməsi üzrə 1-ci siniflərinə uşaqların qəbulu müsabiqə yolu ilə aparılır. Uşaqların qəbulu zamanı heç bir prioritet üzrə üstünlük nəzərə alınmır. İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, "Zəngi" liseyinin rus bölməsinin 1-ci siniflərinə prioritetlər üzrə üstünlüyü olmayan uşaqların qəbulu müsabiqə yolu ilə reallaşır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Birinci_sinfə_qəbul#Bakı

Oxşar Xəbərlər

Qəbələdə WUF13 Festivalı başlayıb - FOTOCəmiyyət

Qəbələdə WUF13 Festivalı başlayıb - FOTO

Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədi ilə mayın 4-də Qəbələ rayonunda WUF13 Festivalına start verilib.

Bu gün
12:030
Dünən keçirilən imtahanın düzgün cavabları AÇIQLANDICəmiyyət

Dünən keçirilən imtahanın düzgün cavabları AÇIQLANDI

Dünən keçirilən keçirilən Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahanda istifadə edilmiş qapalı tipli test tapşırıqlarının doğru cavabları açıqlanıb.

Bu gün
11:590
Azərbaycanda onlarla aptekdə NÖQSANLAR aşkarlanıbCəmiyyət

Azərbaycanda onlarla aptekdə NÖQSANLAR aşkarlanıb

2026-cı ilin aprel ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən ümumilikdə 137 aptekdə yoxlama aparılıb. Yoxlamalardan 4-ü Bakı şəhərində, 133-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Bu gün
11:420
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdürCəmiyyət

Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür

Mayın 4-ü Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür.

Bu gün
11:340