
Vaşinqtonda atəş açılan tədbirdən qaçanlar spirtli içkiləri niyə götürüblər?
"Aprelin 25-də Ağ Ev Müxbirləri Assosiasiyasının atışma baş verən tədbirində iştirak edən qonaqlar özləri ilə spirtli içki şüşələrini aparıblar".
"Aprelin 25-də Ağ Ev Müxbirləri Assosiasiyasının atışma baş verən tədbirində iştirak edən qonaqlar özləri ilə spirtli içki şüşələrini aparıblar".
Gundem.today xəbər verir ki, bu barədə "The New York Post" qəzeti məlumat yayıb. Nəşrin xəbərinə əsasən, Prezident Donald Trampın da qatıldığı tədbirdə atəş açılması səbəbindən iştirakçılar "Washington Hilton" otelinin banket zalını tərk edərkən, bəzi şəxslər yemək masasına yaxınlaşaraq spirtli içki şüşələrini götürərək otaqdan çıxıblar. Bu anlar kameralar tərəfindən qeydə alınıb və həmin görüntülər internet resurslarında geniş yayılıb. Qəzet əlavə edib ki, bu hərəkəti edən tədbir iştirakçılarının şəxsiyyəti hələlik müəyyən edilməyib.
Sosial şəbəkələrdə insanların bir qismi dəvət olunmuş qonaqların bu hərəkətini biabırçılıq adlandırıblar. Digərləri isə qəbulda iştirak haqqının 350 dollardan çox olduğunu və tədbirin vaxtından əvvəl başa çatdığını əsas gətirərək, bu cür davranışın normal olduğunu qeyd ediblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaMonqolustanda güclü zəlzələ oldu
Monqolustanın qərbində 6.8 maqnitudalı zəlzələ qeydə alınıb.
DünyaSomalidə daha bir yük gəmisi qaçırıldı
Somalidə, Qarakad yaşayış məntəqəsindən altı dəniz mili şimal-şərqdə yük gəmisi qaçırılıb.
DünyaTrampdan sui-qəsd cəhdini törədənin ifadələrinə REAKSİYA
"Mən təcavüzkar deyiləm, heç kimə qarşı zorakılıq etməmişəm".
Dünyaİrandan ABŞ-yə YENİ TƏKLİF
Tehran münaqişənin həllinə dair Vaşinqtona yeni bir təklif təqdim edib.