
Vens: "Vaşinqton Kiyevin ABŞ və Macarıstandakı seçkilərə müdaxilə cəhdlərindən xəbərdardır"
"Amerika Birləşmiş Ştatları Ukrayna xüsusi xidmət orqanlarının ABŞ və Macarıstanda seçki proseslərinə müdaxilə etmək cəhdləri barədə məlumatlıdır".
"Amerika Birləşmiş Ştatları Ukrayna xüsusi xidmət orqanlarının ABŞ və Macarıstanda seçki proseslərinə müdaxilə etmək cəhdləri barədə məlumatlıdır".
Gundem.today TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Budapeştdə baş tutan mətbuat konfransı zamanı bildirib.
"Bizə dəqiq məlumdur ki, Ukrayna xüsusi xidmət orqanlarının daxilində həm ABŞ, həm də Macarıstan seçkilərinə təsir göstərməyə çalışan müəyyən elementlər mövcuddur. Onlar sadəcə olaraq bu cür fəaliyyətlə məşğuldurlar. Bu, onların sistemindəki bəzi elementlərlə işləməyin fəsadlarının bir hissəsidir. Mən özümə daim xatırlatmağa çalışıram ki, Ukrayna da ABŞ kimi olduqca mürəkkəb bir dövlətdir. Orada həm yaxşı, həm də pis insanlar var", - deyə siyasətçi vurğulayıb.
Xatırladaq ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Budapeştdə səfərdədir. Diplomat "Facebook"da yayımladığı videomüraciətdə bu səfəri Budapeşt və Vaşinqton arasında münasibətlərdə "qızıl dövrün" başlanğıcı kimi qiymətləndirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran bütün regionu qaranlığa qərq etməklə hədələdi
Tehran Qətər vasitəsilə ABŞ-yə və Yaxın Şərq ölkələrinə mesaj göndərərək, İranın cavab zərbələri nəticəsində bütün regionun və Səudiyyə Ərəbistanının tam qaranlığa qərq olacağına söz verib.
DünyaTrampın son hədəsindən sonra İran ABŞ ilə birbaşa dialoqu dayandırdı: Gərginlik pik həddə
Tehran ABŞ Prezidenti Donald Trampın "İran sivilizasiyasını məhv etmək" hədəsindən sonra Vaşinqtonla birbaşa diplomatik təmasları dayandırıb.
DünyaSeuldan Rusiyaya neft "STOP"u
Cənubi Koreya artıq Rusiya istehsalı olan xam nefti idxal etmir.
DünyaDünya əhalisinin sayı planetin dayanıqlığı üçün məqbul səviyyəni keçib
Yer kürəsinin əhalisinin sayı planetin dayanıqlığı üçün məqbul səviyyəni keçib.