
Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 6-da və 7-də İmişli rayonunda növbəti vətəndaş qəbulu keçirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 6-da və 7-də İmişli rayonunda növbəti vətəndaş qəbulu keçirib.
Gundem.today xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir əvvəlcə İmişli rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.
Daha sonra polis şöbəsinin inzibati binasında İmişli, Füzuli, Beyləqan, Xocavənd, Saatlı, Sabirabad və Kürdəmir rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 264 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.
Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.
Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.
Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.
Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 216 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSumqayıtın bəzi ərazilərində QAZ OLMAYACAQ
Sumqayıtın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.
CəmiyyətSarayda avtomobil PARTLAYIB: Xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
Abşeron rayonunun Saray qəsəbəsində minik avtomobilinin partlaması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
CəmiyyətGecə telefon istifadəsinin FƏSADLARI: Smartfonlar yuxu keyfiyyətini necə pozur? - FOTO
"Yuxu beynin və orqanizmin bərpası üçün həyati əhəmiyyət daşıyır. Lakin telefon və sosial şəbəkələrin gecə istifadəsi yuxu keyfiyyətini pozur. Smartfon ekranlarından yayılan qısa dalğalı mavi işıq retinal reseptorlar vasitəsilə epifiz vəzində melatonin hormonunun sintezini azaldır. Melatonin yuxu-oyanıqlıq ritminin tənzimlənməsində əsas rol oynayır. Onun azalması yuxuya keçidi gecikdirir və dərin yuxu fazalarının strukturunu dəyişdirir. Bu isə səhər yuxudan oyandıqda yorğunluq, diqqət dağınıqlığ
CəmiyyətAgentlik sədrinin müşaviri işdən çıxdı - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) İdarə Heyətinin sədrinin müşavirlərindən biri - Çingiz Əliyev vəzifəsindən azad olunub.