Son dəqiqə
ABŞ-də 26 il həbsdə yatan şəxs bəraət aldıAlmaniya millisi mundialdan qabaq hüсumçusunu itirdiXərçəngin aşkarlanması üçün altı adi analiz - Rusiyalı həkimdən maraqlı açıqlamaİspaniya La Liqası: Yamal "Barselona"ya qələbə qazandırdıİspaniya La Liqası: Yamal "Barselona"ya qələbə qazandırdı - VİDEOİran parlamentinin sədri Hörmüz boğazının açılması və sülh üçün şərtlər irəli sürdü
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. "WhatsApp"da başlayan sevgi: 25 yaşlı gənc yeniyetmə qızla münasibətinə görə məhkəməlik oldu - TƏFƏRRÜAT
"WhatsApp"da başlayan sevgi: 25 yaşlı gənc yeniyetmə qızla münasibətinə görə məhkəməlik oldu - TƏFƏRRÜAT
Kriminal

"WhatsApp"da başlayan sevgi: 25 yaşlı gənc yeniyetmə qızla münasibətinə görə məhkəməlik oldu - TƏFƏRRÜAT

Bu gün
01:36
0 baxış
Paylaş:

İmişli rayonunda 25 yaşlı oğlan "WhatsApp" qrupunda tanış olduğu yetkinlik yaşına çatmayan qıza qarşı intim hərəkətlər edib.

İmişli rayonunda 25 yaşlı oğlan "WhatsApp" qrupunda tanış olduğu yetkinlik yaşına çatmayan qıza qarşı intim hərəkətlər edib.

Gundem.today "Teleqraf"a istinadən xəbər verir ki, hadisə ötən il oktyabrın 1-də İmişli şəhərində baş verib.

2001-ci il təvəllüdlü Sərxan həmin gün səhər saat 6 radələrində dayısı Eldara məxsus fərdi yaşayış evinin yataq otağında 2010-cu il təvəllüdlü Samirə (adlar şərti verilib - red.) ilə intim əlaqədə olub.

Sərxanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Sərxan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, ifadəsində göstərib ki, Samirəni 2025-ci il iyun ayının sonlarından tanıyır: "WhatsApp" mobil tətbiqində qrupda tanış olduq. Qrupda Samirə, dayım oğlu Tahir, mən və tanımadığım bir qız olmaqla, 4 nəfər idik. Samirə ilə fərdi qaydada mesajlaşmağa başladıq, aramızda sevgi münasibəti yarandı. Mən onun 31 dekabr 2025-ci ildə 15 yaşını tamam edib 16 yaşına keçəcəyini bilirdim".

Sərxan qeyd edib ki, Samirə ilə ailə həyatı qurmaq niyyətində olub: "Ona mənimlə qoşulub qaçmağı təklif etdim. Əvvəl istəmədi, sonra razılaşdı. Anasının gecə saat 3 radələrində yatdığını dedi. Mən də ona anası yatandan sonra evdən çıxmağı tapşırdım".

Sərxanın sözlərinə görə, dayısı Eldarın təmir etdirdiyi evin açarları onlarda olub: "Samirə ilə oktyabrın 1-də anası yatdıqdan sonra qaçmağı planlaşdırdıq. Açarları götürdüm, gecə saat 1 radələrində kəndin asfalt yoluna çıxdım. Yoldan keçən avtomobillərin biri ilə rayona gəldim, dayımın evinin qarşısında düşdüm. Gecə həmin evdə Samirənin mesajını gözlədim. Saat 3 radələrində Samirə anasının yatdığını bildirdi. Evdən çıxıb piyada onların evinə doğru getdim. Dəmiryol xəttinin yaxınlığında gözlədim, təxminən 15-20 dəqiqə sonra Samirə yanıma gəldi, dayımın yaşadığı evə getdik. Evin ikinci mərtəbəsində yataq otağında bir az söhbət etdik".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, daha sonra Samirə telefonda anasına mesaj yazaraq könüllü qaçdığını bildirib:

"Ertəsi gün axşam dayım gəldi, amma evə daxil olmayıb getdi. Təxminən 40 dəqiqə sonra dayım oğlu Tahir gəldi, Samirəni gördü. Ona Samirəni qaçırdığımı bildirdim. Tahir də Samirəni polislərin axtardığını xəbər verdi. Samirəni dəmir yolunun xətti yaxınlığından evlərinə yola saldım, yaşadığım kəndə getdim. Bir qədər sonra polis əməkdaşları məni şöbəyə gətirdilər".

Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə gələcəkdə evlənəcəyini, bununla bağlı ailələr arasında razılıq olduğunu, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışıq əldə edildiyini deyib. O, 44 günlük Vətən müharibəsində iştirak etməsinin də nəzərə alınmasını xahiş edib.

Samirə təqsirləndirilən şəxsə qarşı şikayətçi olmadığını bildirib.

Zərərçəkmiş Samirənin anasının sözlərinə görə, qızı ilə Sərxanın münasibətlərindən məlumatı olmayıb: "Oktyabrın 1-də səhər məktəbə yola salmaq üçün otağına daxil olanda Samirəni görmədim. Evi və həyəti axtardım. Samirənin istifadəsində olan mobil telefona bir neçə dəfə zəng etsəm də, zəng çatmadı. Həyat yoldaşım işğaldan azad edilmiş rayonlarda işlədiyi üçün qardaşıma zəng vurub hadisə barədə məlumat verdim.

O da Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə və İmişli Rayon Polis Şöbəsinə məlumat verdi. Bundan sonra Samirənin "WhatsApp"da yazdığı mesajı oxudum. Onun "öz xoşumla qaçmışam, xahiş edirəm şikayət etməyin" məzmunlu mesaj yazdığı məlum oldu".

İmişli Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib. Ona bir il sınaq müddəti olmaqla 1 il 6 ay şərti cəza verilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Daxili_İşlər_Nazirliyi_(DİN)#Cinayət_Məcəlləsi

Oxşar Xəbərlər

65 yaşlı qadına qarşı təcavüzdə ittiham olunan gənc həbs edildiKriminal

65 yaşlı qadına qarşı təcavüzdə ittiham olunan gənc həbs edildi

Daşkəsən Rayon Məhkəməsində 65 yaşlı qadına qarşı seksual xarakterli zorakılıq etməkdə ittiham edilən şəxs M.M barəsində verilən təqdimata baxılıb.

Bu gün
22:240
23 yaşlı gənc psixiatriya xəstəxanasında öldü - Həbs olunan varKriminal

23 yaşlı gənc psixiatriya xəstəxanasında öldü - Həbs olunan var

Aprelin 4-də Səhiyyə Nazirliyinin nəzdində Gəncə Psixiatriya Xəstəxanasında ölüm faktı qeydə alınıb.

Bu gün
20:360
33 yaşlı şəxs psixiatriya xəstəxanasında öldü - Həbs olunan varKriminal

33 yaşlı şəxs psixiatriya xəstəxanasında öldü - Həbs olunan var

Aprelin 4-də Səhiyyə Nazirliyinin nəzdində Gəncə Psixiatriya Xəstəxanasında ölüm faktı qeydə alınıb.

Bu gün
20:360
Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan məktəbli həbs edilibKriminal

Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan məktəbli həbs edilib

Məhkəmə Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan məktəbli barəsində qərar verib.

Bu gün
20:160