
WUF13: Bakıdakı beynəlxalq forumda iştirak üçün qeydiyyatdan keçənlərin SAYI AÇIQLANDI
"Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak üçün müxtəlif ölkələrdən 25 minə yaxın iştirakçı qeydiyyatdan keçib".
"Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak üçün müxtəlif ölkələrdən 25 minə yaxın iştirakçı qeydiyyatdan keçib".
Gundem.today xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov "İctimai proseslər media müstəvisində" mövzusunda III Forumun açılış mərasimində deyib.
O bildirib ki, bu gün Azərbaycan təkcə regionda deyil, beynəlxalq səviyyədə də quruculuq işləri ilə tanınır:
"Azərbaycanda şəhərsalma modeli köhnə modeldən çıxıb. Ağıllı şəhər və kənd konsepsiyaları həyata keçirilir. Şəhər landşaftının formalaşması, yaşıl zonanın artırılması müasir çağırışlara cavab verir. Azərbaycanın qabaqcıl şəhərsalma modeli dünyada da tanınır".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSabirabadda Kür çayı məcrasından çıxdı
Sabirabad rayonunun Suqovuşan ərazisində Kür çayının səviyyəsinin kəskin artması suyun məcradan çıxmasına səbəb olub.
CəmiyyətBirinci sinfə qəbulla bağlı 25 alternativ qeydiyyat mərkəzi yaradıldı
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 1 şəhər və 5 rayonda 25 alternativ qeydiyyat mərkəzi yaradılıb.
Cəmiyyətİncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində bu ildən etibarən ilk dəfə olaraq mərkəzləşdirilmiş buraxılış imtahanları keçiriləcək.
CəmiyyətBiləsuvar rayonunda qanunsuz at kəsimi və satışının qarşısı alınıb - FOTO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şirvan-Salyan regional bölməsinin müfəttişləri Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə aparılan reyd zamanı 77-XB-918 dövlət qeydiyyat nişanlı "Toyota Corolla" avtomobilinə baxış keçiriblər.