Son dəqiqə
Şəkidə ölümlə nəticələnən AĞIR QƏZA: Yaralıların son vəziyyəti açıqlanıb - FOTOBEGOC Biznes Mərkəzində qanvermə aksiyası təşkil olunubPaytaxtda yeni dairəvi yollar qurulacaq - XƏRİTƏGürcü nazir: "Geosiyasi gərginliklər ərzaq qiymətlərinə təsir edir" - FOTOKeti Perri Bakıya gəlir - FOTO - VİDEOQəbiristanlıqda tapılan körpənin taleyi ilə bağlı RƏSMİ AÇIQLAMA
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. WUF13 proqramı ictimaiyyətə təqdim olunub
WUF13 proqramı ictimaiyyətə təqdim olunub
Cəmiyyət

WUF13 proqramı ictimaiyyətə təqdim olunub

Bu gün
10:37
0 baxış
Paylaş:

17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) əsas tədbirlərini əhatə edən proqram artıq ictimaiyyətə təqdim olunub.

17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) əsas tədbirlərini əhatə edən proqram artıq ictimaiyyətə təqdim olunub.

Gundem.today xəbər verir ki, sözügedən proqram dünyanın ən aktual çağırışlarından biri olan mənzil təminatı məsələsini müzakirə etmək üçün müxtəlif maraqlı tərəflərin və həmfikir qrupların nümayəndələrini WUF13 çərçivəsində bir araya gətirir.

"Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunmuş WUF13 tədbiri dayanıqlı şəhər inkişafı ilə bağlı həllər ətrafında fikir mübadiləsi, siyasi yanaşmaların formalaşdırılması və fəaliyyətlərin sürətləndirilməsi üçün müxtəlif dünya ölkələrinin milli hökumətlərini, eləcə də icmalar, mütəxəssislər və tərəfdaşları bir arada toplayacaq.

Proqram praktik və həllyönümlü platformalar, eləcə də interaktiv görüş formatları vasitəsilə yüksəksəviyyəli müzakirələr aparılmasına imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə söykənməsini təmin edir.

Hər bir kateqoriya haqqında daha ətraflı məlumat əldə etmək və WUF13 tədbirinin tam proqramı ilə tanış olmaq üçün bu linkə keçid edə bilərsiniz: https://wuf.unhabitat.org/main-events

Dialoqlar: qlobal mənzil gündəliyinin formalaşdırılması

Qlobal müzakirələrin istiqamətini müəyyən edən yüksəksəviyyəli dialoqlar WUF13 proqramının əsasını təşkil edir. Bu dialoqlar çərçivəsində mənzil təminatının inklüzivlik, davamlılıq və şəhər sistemləri ilə əlaqəsi araşdırılacaq. Bununla yanaşı, dialoqların hər biri mənzil təminatının bir mühüm aspektini müzakirəyə çıxaracaq:

- Qlobal mənzil böhranı: Çıxış yolu nədir?

- Qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların transformasiyası;

- Böhran sonrası şəhərlərin bərpası və yenidən qurulmasında mənzil təminatı;

- İqlim və mənzil siyasəti arasındakı əlaqə;

- Mənzil təminatının sosial və iqtisadi təsiri;

- Mənzil təminatının maliyyələşdirilməsi üzrə yeni yanaşmalar.

Bu müzakirələrin məqsədi qlobal problemləri praktiki həll variantları və müştərək öhdəliklərlə əlaqələndirməkdir.

Xüsusi sessiyalar: mühüm əhəmiyyət kəsb edən şəhərsalma məsələlərinin ətraflı müzakirəsi

Xüsusi sessiyalar çərçivəsində iqlimə uyğunlaşma, mənzil təminatı, qeyri-rəsmi yaşayış əraziləri, şəhərlərin yenilənməsi, rəqəmsallaşma, maliyyələşdirmə mexanizmləri və inklüziv şəhər inkişafı kimi mövzular diqqət mərkəzindədir.

Bu sessiyalar daha spesifik müzakirələr üçün platforma yaratmaqla müxtəlif regionların təcrübə, tərəfdaşlıq əlaqələri və innovativ yanaşmalarını nümayiş etdirir.

- Mənzil təminatı qlobal koalisiyaların diqqət mərkəzində;

- WUF13 ev sahibi ölkənin xüsusi sessiyası;

- Sağlam evlərin nəbzi;

- Afrikada əlçatan mənzil təminatı (investorlar üçün kompakt sövdələşmə otağı formatında xüsusi sessiya);

- Şəhərlər oyun məkanı kimi;

- Mədəni irs və inklüziv urbanistik regenerasiya - Yeni baxış;

- Tullantıların idarə edilməsindən dğvri iqtisadiyyata doğru;

- "Təmas xətlərindən" hekayələr: Şəhər iqlim irsinin inkişafı;

- Kiçik inkişaf etməkdə olan ada dövlətlərində inklüziv urbanistik davamlılıq, "mavi" iqtisadiyyat və dayanıqlı turizm;

- WUF13 xüsusi yekun sessiyası.

Assambleyalar: kollektiv səslərin gücü

Assambleyalar müxtəlif həmfikir qrupların bir araya gəlməsi və öz rolları barədə fikir bildirməsi, eləcə də qlobal şəhərsalma gündəliyi çərçivəsində ortaq prioritetləri ifadə etməsi üçün xüsusi platformalar yaradır. Assambleyalar əsas şəhərsalma məsələləri ətrafında fikir mübadiləsi aparmaq üçün yerli və regional hökumətlərin, yerli səviyyədə fəaliyyət göstərən və icma əsaslı təşkilatların, habelə qadınlar, gənclər, biznes dairələri və sənaye sahələrinin təmsilçilərini, o cümlədən parlament nümayəndələrini bir araya gətirəcək.

Bu qruplar arasında dialoqu təşviq etməklə, assambleyalar müxtəlif rəylərin tədbirin nəticələrində əks olunmasına töhfə verəcək və dayanıqlı şəhər inkişafı üzrə kollektiv təşviqatı gücləndirəcəkdir.

Dəyirmi masalar: dialoqdan fəaliyyətə keçid

Forumda, həmçinin dəyirmi masalar - tərəfdaş və həmkarları əsas şəhərsalma məsələləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün bir araya gətirən fəaliyyət yönümlü sessiyalar təşkil olunacaq. Bu müzakirələr ortaq mövqelərin müəyyənləşdirilməsi və formalaşan yeni çağırışlar ilə mübarizə aparmaq məqsədilə mümkün variantların araşdırılması üçün platforma funksiyasını yerinə yetirməklə yanaşı, inklüzivliyin və bərabər səviyyədə qarşılıqlı öyrənmənin dəyərini nümayiş etdirən layihə, təşəbbüs və elmi tədqiqat fəaliyyətlərini təqdim edəcək.

Dəyirmi masalar konkret həmfikir qrup və ya tematik sahəyə həsr olunan 12 sessiyadan ibarətdir:

- Vahid BMT;

- Yerli və regional hökumətlər;

- Biznes təşkilatları;

- Qadınlar;

- Əlilliyi olan şəxslər;

- Parlament nümayəndələri;

- Akademik dairələr;

- Uşaqlar və gənclər;

- Peşəkarlar;

- Yerli səviyyədə fəaliyyət göstərən və vətəndaş cəmiyyəti təşkilatları;

- Yerli xalqların hüquqları;

- Yaşlı şəxslərin hüquqları.

WUF13-ün tam proqramı ilə tanış olun və qlobal mənzil tə

#Cəmiyyət#Birləşmiş_Millətlər_Təşkilatı_(BMT)#Azərbaycanda_turizm#İnklüziv_Dəyərlər#Ümumdünya_Şəhərsalma_Forumu_(WUF13)

Oxşar Xəbərlər

Paytaxtda yeni dairəvi yollar qurulacaq - XƏRİTƏCəmiyyət

Paytaxtda yeni dairəvi yollar qurulacaq - XƏRİTƏ

2025-30-cu illər Dövlət Proqramı çərçivəsində paytaxtda yeni dairəvi yollar qurulacaq.

Bu gün
12:160
Qəbiristanlıqda tapılan körpənin taleyi ilə bağlı RƏSMİ AÇIQLAMACəmiyyət

Qəbiristanlıqda tapılan körpənin taleyi ilə bağlı RƏSMİ AÇIQLAMA

"Abşeron rayonu ərazisində tapılan və valideynləri tərəfindən atıldığı bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar".

Bu gün
12:040
Bəzi yerlərdə şimşək çaxır, Şahdağa qar yağır - FAKTİKİ HAVACəmiyyət

Bəzi yerlərdə şimşək çaxır, Şahdağa qar yağır - FAKTİKİ HAVA

Mayın 6-sı saat 11:00-a olan faktiki hava açıqlanıb.

Bu gün
12:020
Riçard Gir Bakıda nümayiş olunacaq filmi haqqında: "Bu, böyük bir ədalətsizlikdir" - VİDEOCəmiyyət

Riçard Gir Bakıda nümayiş olunacaq filmi haqqında: "Bu, böyük bir ədalətsizlikdir" - VİDEO

Hollivud aktyoru Riçard Girin Gir Fondu İspaniyanın "HOGAR SÍ" qeyri-kommersiya təşkilatı və "UN-Habitat" (BMT-nin Məskunlaşma Proqramı) ilə birlikdə 17-22 may tarixlərində Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) evsizlik probleminə toxunacaq.

Bu gün
11:580