Son dəqiqə
Etibarsız nikah hansı halda etibarlı sayılır? - Ali Məhkəmədən MÜHÜM QƏRARMakronun Qafqaz macərası: Erməni alqışı və türk şapalağı - FOTOFHN polkovnikinin Quba arzusu ürəyində qaldı - FOTOAğsu dolaylarında TORPAQ SÜRÜŞMƏSİ: Əraziyə mütəxəssislər cəlb olundular - FOTOHacıqabulda 16 yaşlı qızla oğluna toy edən ataya HÖKM OXUNDUSabah 27 dərəcə isti olacaq - 09.05.2026
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. WUF13 tədbirinin media tərəfdaşları elan edilib - FOTO
WUF13 tədbirinin media tərəfdaşları elan edilib - FOTO
Cəmiyyət

WUF13 tədbirinin media tərəfdaşları elan edilib - FOTO

Bu gün
12:28
0 baxış
Paylaş:

17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) media tərəfdaşları elan edilib.

17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) media tərəfdaşları elan edilib.

Gundem.today xəbər verir ki, media tərəfdaşları tədbirin qlobal, regional və ölkə daxilində geniş işıqlandırılmasına dəstək olmaqla yanaşı, WUF13 çərçivəsində aparılan müzakirələri və əldə olunan əsas nəticələri, o cümlədən gözlənilən Bakı Fəaliyyətə Çağırış sənədini geniş auditoriyaya çatdıracaqlar.

Media tərəfdaşlarının hazırlayacağı reportaj və materiallar dayanıqlı şəhər inkişafının layiqli və əlçatan mənzil təminatı, qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların transformasiyası, o cümlədən torpaq və əsas xidmətlərlə təminat kimi prioritet istiqamətləri barədə məlumatlılığın artırılmasına töhfə verəcək.

WUF13 tədbirinin beynəlxalq media tərəfdaşları:

- "Euronews", "ArchDaily", "Century of Cities" və "Xinhua News Agency".

WUF13 tədbirinin yerli media tərəfdaşları:

- Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV), ), İctimai Televiziya və Radio Yayımları Şirkəti (İctimai TV), "AnewZ" TV, "Caspian International Broadcasting Company" (CBC TV), Azərbaycan Dövlət İnformasiya Agentliyi ("AZƏRTAC"), "Report" İnformasiya Agentliyi, "Trend" İnformasiya Agentliyi, "Azəri-Press Agentliyi" (APA), ASAN Radio və "Planet" FM.

Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) təşəbbüsü və Azərbaycan Respublikasının Hökuməti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası dayanıqlı urbanizasiya üzrə ən nüfuzlu qlobal platformadır. "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" builki tədbirin mövzusudur və bu, qlobal mənzil böhranının həlli zərurətini ön plana çıxarmaqla yanaşı, inklüziv, dayanıqlı və davamlı şəhər inkişafının əsas hərəkətverici qüvvələrindən biri kimi mənzil təminatının oynadığı mühüm rolu xüsusi olaraq vurğulayacaq.

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) milli hökumətlər, şəhərlər, beynəlxalq təşkilatlar, özəl sektor, akademik dairələr və vətəndaş cəmiyyətini bir araya gətirərək qlobal mənzil böhranının aradan qaldırılması üçün həll variantlarının təşviqinə, eləcə də Yeni Şəhərsalma Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) daha operativ şəkildə həyata keçirilməsinə töhfə verəcək.

WUF13 tədbirini işıqlandırmaq istəyən media nümayəndələri qeydiyyatdan keçməlidirlər. Media imkanları, brifinqlər və digər məsələlər barədə daha ətraflı məlumat əldə etmək üçün Ümumdünya Şəhərsalma Forumunun rəsmi internet səhifəsinə daxil ola bilərsiniz: wuf.unhabitat.org/media.

WUF13 çərçivəsində təqdim olunacaq media xidmətləri ilə bağlı əlavə məlumatı ev sahibi ölkənin rəsmi veb-saytından əldə etmək mümkündür: wuf13.az/en/media/media-services/

Ümumdünya Şəhərsalma Forumu (WUF)

2001-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis edilən və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən çağırılan Ümumdünya Şəhərsalma Forumu dayanıqlı urbanizasiyaya həsr olunmuş aparıcı qlobal konfransdır. Hər iki ildən bir keçirilən bu forumda sürətli urbanizasiyanın şəhər və icmalara, eləcə də müxtəlif ölkələrə və iqlim dəyişmələrinə təsirləri müzakirə olunur. İlk dəfə 2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilən forum hər iki ildən bir müxtəlif dünya şəhərlərində təşkil olunur.

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat )

Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) BMT-nin dayanıqlı urbanizasiya üzrə məsul qurumudur və 90-dan çox ölkədə həyata keçirdiyi proqramlar vasitəsilə sosial və ekoloji baxımdan dayanıqlı şəhər və qəsəbələrin formalaşdırılmasında həm siyasətçilərə, həm də icmalara dəstək göstərir. BMT-nin Məskunlaşma Proqramı biliklərin paylaşılması, siyasət üzrə tövsiyələr, texniki dəstək və birgə fəaliyyət mexanizmləri vasitəsilə şəhərlərdə transformativ dəyişiklikləri təşviq edir. Daha ətraflı məlumat üçün www.unhabitat.org veb-saytına daxil ola və ya sosial mediada @UNHABITAT hesabını izləyə bilərsiniz.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#WUF13#WUF13_Bakı#Ümumdünya_Şəhərsalma_Forumu#UN-Habitat#dayanıqlı_urbanizasiya#WUF13_media_tərəfdaşları#qlobal_mənzil_böhranı#BMT_Məskunlaşma_Proqramı#Bakı_Fəaliyyətə_Çağırış#şəhərsalma#dayanıqlı_şəhərlər#beynəlxalq_konfrans_Bakı

Oxşar Xəbərlər

Etibarsız nikah hansı halda etibarlı sayılır? - Ali Məhkəmədən MÜHÜM QƏRARCəmiyyət

Etibarsız nikah hansı halda etibarlı sayılır? - Ali Məhkəmədən MÜHÜM QƏRAR

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası etibarsız nikahın sonradan etibarlı hesab olunması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bu gün
13:160
Sabah 27 dərəcə isti olacaq - 09.05.2026Cəmiyyət

Sabah 27 dərəcə isti olacaq - 09.05.2026

Mayın 9-da gözlənilən atmosfer şəraiti açıqlanıb.

Bu gün
12:460
"CBC FM" beş yaşında!Cəmiyyət

"CBC FM" beş yaşında!

Qarabağ və Şərqi Zəngəzurun ilk regional radio kanalı - "CBC FM" bu gün beş yaşını qeyd edir. 2021-ci il mayın 8-də Azərbaycanın mədəni paytaxtında "Diqqət! Danışır Şuşa!" sədaları eşidilmişdi.

Bu gün
12:360
Bakı–Ağdam qatarlarının hərəkəti müvəqqəti dayandırılır - SƏBƏBCəmiyyət

Bakı–Ağdam qatarlarının hərəkəti müvəqqəti dayandırılır - SƏBƏB

Yevlax-Bərdə dəmir yolu xəttində əsaslı təmir və yenidənqurma işlərinə başlanılacaq.

Bu gün
12:240