
Hacıqabulda 16 yaşlı qızla oğluna toy edən ataya HÖKM OXUNDU
Hacıqabulda 23 yaşlı oğlu ilə 16 yaşlı qızı evləndirən ataya hökm oxunub.
Hacıqabulda 23 yaşlı oğlu ilə 16 yaşlı qızı evləndirən ataya hökm oxunub.
Gundem.today Lent.az-a istinadən xəbər verir ki, hadisə Meyniman kəndində qeydə alınıb.
İttiham aktına görə, 49 yaşlı Elsevər Həmidov (ad və soyad şərtidir) 23 yaşlı oğlu ilə 16 yaşlı qız üçün evlərinin həyətində toy məclisi qurub. Lakin daxil olan məlumat əsasında polis əməkdaşları müdaxilə edərək, toy məclisini dayandırıblar. Elsevər Həmidov ifadə vermək üçün polis şöbəsinə aparılıb və barəsində Cinayət Məcəlləsinin 176-2-ci (On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili) maddəsi ilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, 23 yaşlı oğlu üçün qız axtarıblar və Sabirabadda Günay (şərti adla) adlı qızın çox tərbiyəli olduğunu ona deyiblər. Nəticədə Elsevər ailəsi ilə iki dəfə qızın evinə elçiliyə gedib. Lakin qızın 16 yaşı olduğunu sonradan, onlara molla kəbini hazırlamaq üçün şəxsiyyət vəsiqəsi istəyəndə biliblər. Əvvəlcə yaş məsələsinə görə ailələr arasında narazılıq yaransa da, Elsevər sonradan toy etmək fikrinə düşüb. Buna səbəb isə onun digər oğlunun xəstə olması və qardaşının toyunu görmək istəməsi olub. Elsevər bildirib ki, toy zamanı gəlin iştirak etməyib. Niyyətləri, sadəcə, toy məclisi keçirmək, gəlini isə 18 yaşı tamam olandan sonra gətirmək olub. Onların bu fikirləri ilə qız evi də razılaşıb.
Zərərçəkən Günay ifadəsində orta məktəbin 5-ci sinfinə qədər təhsil aldığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını deyib.
Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyərək, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə Elsevər Həmidov 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona, həmçinin elektron qolbaq taxmaq, bir il ərzində Hacıqabulu tərk etməmək və gecə saat 11-dən səhər saat 7-dək evdən çıxmamaq tapşırılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalAzərbaycanlı qadınlar Türkiyə, BƏƏ və Pakistanda cinsi istismara məruz qalıblar
İnsan alveri cinayəti törətməkdə təqsirləndirilən 10 şəxsin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir.
Kriminal2025-ci ildə həbs olunan İNSAN ALVERÇİLƏRİNİN SAYI BİLİNDİ
2025-ci ildə məhkəmələr tərəfindən 14 insan alverçisi (ikisi keçmiş illərdən olmaqla) azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
KriminalÖtən il qeydə alınan insan alveri cinayətlərinin sayı AÇIQLANDI
2025-ci ildə 198 insan alveri cinayəti qeydə alınıb.
KriminalŞəkidə arvadını öldürməkdə təqsirləndirilən şəxsə AĞIR CƏZA
Şəkidə arvadını qətlə yetirməkdə təqsirləndirilən Həmid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.