
WUF13 üçün ictimai nəqliyyatda hansı yeniliklər tətbiq ediləcək?
"WUF13 tədbirində 113 km olan avtobus zolağından tədbir avtobusları istifadə edə biləcəklər".
"WUF13 tədbirində 113 km olan avtobus zolağından tədbir avtobusları istifadə edə biləcəklər".
Gundem.today xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) tarixlərində nəqliyyatın idarə olunması planına dair brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, avtobuslarda xarici emmisiyalı bank kartlarından istifadə etmək mümkün olacaq:
"41.5 km uzunluğunda hərəkət zolağının da təşkilinə başlanılıb. Zolaqlar hərəkət nişanları qoyulduqdan sonra qüvvəyə minəcək. Hələ ki, digər nəqliyyat vasitələrinin zolaqdan istifadə etməsində bir problem yoxdur. Həmçinin mövcud nişanlanma xətləri təşkil edilib. Dayanacaq pavilyonları yoxlanılıb, hazır vəziyyətə gətirilir".
O əlavə edib ki, nəqliyyat axının təmin edilməsi məqsədilə tədbir müddətində yollarda marşrutların hərəkət istiqaməti dəyişdiriləcək:
"Bu xüsusilə metronun "Koroğlu" stansiyasına aid olacaq. Hava limanı taksi əməliyyatlarına cəlb olunacaq. Patrul sistemi təmin olunacaq, skuter parkı tənzimlənəcək".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAzərbaycana yüksəkdozalı C vitamini preparatının idxalı dayandırılır? - RƏSMİ CAVAB
Azərbaycanda geniş istifadə olunan yüksəkdozalı C vitamini preparatlarından biri olan "Pascorbin 7.5 g/50 ml" ilə bağlı yaxın aylarda mühüm dəyişiklik olacağı ilə bağlı ötən gün məlumatlar yayılıb.
CəmiyyətNaxçıvanda yeni direktor təyinatları olub
Ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqənin nəticələrinə əsasən, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dən artıq olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinə yeni təyinatlar həyata keçirilib.
CəmiyyətBakı və Qarabağda birinci sinfə qəbulla bağlı alternativ mərkəzlər yaradıldı - SİYAHI
Qarabağ Regional Təhsil İdarəsinin (QRTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 15 alternativ qeydiyyat mərkəzi yaradılıb.
CəmiyyətBakı və Qarabağda birinci sinfə qəbulla bağlı alternativ mərkəzlər yaradıldı - SİYAHI - FOTO
Qarabağ Regional Təhsil İdarəsinin (QRTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 15 alternativ qeydiyyat mərkəzi yaradılıb.