
Azərbaycana yüksəkdozalı C vitamini preparatının idxalı dayandırılır? - RƏSMİ CAVAB
Azərbaycanda geniş istifadə olunan yüksəkdozalı C vitamini preparatlarından biri olan "Pascorbin 7.5 g/50 ml" ilə bağlı yaxın aylarda mühüm dəyişiklik olacağı ilə bağlı ötən gün məlumatlar yayılıb.
Azərbaycanda geniş istifadə olunan yüksəkdozalı C vitamini preparatlarından biri olan "Pascorbin 7.5 g/50 ml" ilə bağlı yaxın aylarda mühüm dəyişiklik olacağı ilə bağlı ötən gün məlumatlar yayılıb.
Gundem.today xəbər verir ki, yayılan məlumatlarda "Pascorbin"in ölkədə qeydiyyat müddətinin mayın 21-də başa çatacağı və yaxın dövrdə preparatın yeni partiyasının idxalının müvəqqəti olaraq mümkün olmayacağı vurğulanıb.
Gundem.today-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib ki, sözügedən preparatın qüvvədə olma müddəti 21.05.2026-cı il tarixinədəkdir.
"Dərman vasitələrinin ölkə ərazisinə idxalı dərman vasitələrinin istehsalçıları və ya topdansatış əczaçılıq müəssisələri tərəfindən Səhiyyə Nazirliyinin icazəsi əsasında həyata keçirilir.
"Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci bəndinə əsasən bu, Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız icazə verən orqan tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra yol verilir.
Qanunun 6.12-ci bəndinə əsasən dövlət qeydiyyatının qüvvədə olduğu müddət ərzində ölkə daxilində dövriyyəyə buraxılmış dərman vasitələrinin dövlət qeydiyyatının qüvvədəolma müddəti bitdikdən sonra onun son istifadə tarixi bitənədək satışına və istifadəsinə yol verilir.
Bildiririk ki, "Pascorbin 7.5 q" ticarət adlı dərman vasitəsi hazırda Azərbaycan Respublikasında dövlət qeydiyyatına malikdir və onun qeydiyyat vəsiqəsinin qüvvədə olma müddəti 21.05.2026-cı il tarixinədəkdir.
Əlavə olaraq bildiririk ki, sözügedən dərman vasitəsinin yenidən dövlət qeydiyyatı ilə bağlı yerli şirkət tərəfindən Mərkəzə müraciət olunub və proses Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin ekspertizasının, o cümlədən sadələşdirilmiş ekspertizasının aparılması Qaydaları"na uyğun olaraq tərəfimizdən icra edilməkdədir.
Bununla yanaşı, yerli distribütor tərəfindən əlavə prosedurlar üzrə də müraciətlər təqdim edilmiş və həmin proseslər qüvvədə olan tələblərə uyğun şəkildə icra olunur. Hazırda proseslərin icrasında hər hansı ləngimə müşahidə edilmir.
Bu dərman vasitəsinin əsas təsiredici maddəsi "Askorbin turşusu"dur (C vitamini), farmakoterapevtik qrup olaraq vitamin preparatlarına aiddir. Dövlət qeydiyyatına alınan zaman təsdiq edilmiş istifadə təlimatına əsasən "Paskorbin" dərman vasitəsi qida ilə əvəz olunmayan "C vitamini" çatışmazlığının müalicəsi və profilaktikası üçün istifadə olunur.
Əlavə olaraq bildiririk ki, sözügedən dərman vasitəsi sonuncu dəfə 13.02.2025-ci il tarixdə 60 480 ədəd (flakon) sayda ölkə ərazisinə idxal olunub", - deyə məlumatda bildirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakı funikulyorunun 66 yaşı tamam olur - FOTO
Bu gün Azərbaycanda yeganə olan Bakı funikulyorunun 66 yaşı tamam olur.
CəmiyyətŞəkidə WUF13 Festivalı başlayıb - Hansı tədbirlər olacaq? - FOTO
Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədi ilə mayın 5-də Şəki şəhərində festivala start verilib.
CəmiyyətMətbuat Şurasından müsahiblərlə bağlı ÇAĞIRIŞ
"Media orqanları və jurnalistlər müsahibə götürdükləri şəxslərin fikirlərini hissələrə bölərək, müxtəlif sərlövhələrlə təqdim edirlər. Əlbəttə, bu onların müstəsna hüququdur və heç şübhəsiz, geniş izləyici və oxucu auditoriyası toplamağa hesablanıb. Lakin bir çox hallarda bu üsula üstünlük verilməsi müsahiblərdə ciddi narazılıq doğurur. Narazılıq, xüsusən, həmin hissələrin sosial şəbəkələrdə paylaşılması zamanı meydana çıxır".
CəmiyyətSabah hava necə olacaq? - 06.05.2026
Mayın 6-da gözlənilən hava şəraiti açıqlanıb.