Son dəqiqə
Kartla ödəniş edənlərə pis xəbər: Keşbek dövrü bitir? - VİDEOSamvel Karapetyanın ev dustaqlığı müddəti uzadıldıİran ABŞ-ni hədələdi: "Vaşinqton dəniz blokadasını ləğv etməsə, cavab verəcəyik"Odlar ölkəsinin fəxri: Rafael Ağayev - VİDEOABŞ uran müqabilində İranla 20 milyard dollarlıq saziş bağlamaq niyyətindədirIcrammer: Daha sürətli öyrən, daha yüksək bal al!
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Mədəniyyət
  3. Xalq artisti Maqsud Məmmədovun dəfn olunacağı yer AÇIQLANDI
Xalq artisti Maqsud Məmmədovun dəfn olunacağı yer AÇIQLANDI
Mədəniyyət

Xalq artisti Maqsud Məmmədovun dəfn olunacağı yer AÇIQLANDI

13 aprel 2026
23:12
0 baxış
Paylaş:

Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Gundem.today xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görkəmli baletmeysterlə aprelin 14-də, saat 11:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək. Mərasimdən sonra mərhum İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Görkəmli baletmeyster Xalq artisti Maqsud Məmmədov vəfat edib.

Gundem.today xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, o bu gün 97 yaşında vəfat edib.

Məlumat üçün bildirək ki, Maqsud Davud oğlu Məmmədov 30 may 1929-cu ildə Gəncədə anadan olub.

Bakı Xoreoqrafiya Məktəbinə daxil olan Maqsud Məmmədovun yüksək sənət göstəriciləri nəzərə alınaraq Moskva Xoreoqrafiya Məktəbinə göndərilib və 1950-ci ildə bu təhsil ocağını bitirib.

O, 1951-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıb.

Maqsud Məmmədov dünya və Azərbaycan balet sənəti nümunələrində mürəkkəb partiyaları - "Ziqfrid" ("Qu gölü"), "Albert" ("Jizel"), "Bazil" ("Don Kixot"), "Polad" ("Qız qalası"), "Azad" ("Gülşən), "Fərhad" ("Məhəbbət əfsanəsi"), "Lenni" ("İldırımlı yollarla") və s. böyük uğurla ifa edib, baletsevərlərin dərin rəğbətini qazanıb.

Onun həyat yoldaşı, görkəmli balerina, Xalq artisti Rəfiqə Axundova ilə birgə quruluş verdiyi Tofiq Bakıxanovun "Xəzər balladası", Fərəc Qarayevin "Qobustan kölgələri", "Kaleydoskop", Rauf Hacıyevin "Azərbaycan süitası", Nazim Əliverdibəyovun "Muğam", Aqşin Əlizadənin "Babək" baletləri istedadlı baletmeysterə böyük şöhrət qazandırıb.

Milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə Maqsud Məmmədov 1955-ci ildə "Əməkdar artist", 1970-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb.

2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunan sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#maqsud_məmmədov#xalq_artisti#baletmeyster#vəfat_edib#mədəniyyət_nazirliyi#balet_sənəti#rəfiqə_axundova#azərbaycan_baleti#opera_və_balet_teatrı

Oxşar Xəbərlər

Nizami Kino Mərkəzində "At gücü" sənədli filmi təqdim olunubMədəniyyət

Nizami Kino Mərkəzində "At gücü" sənədli filmi təqdim olunub

Aprelin 16-da Nizami Kino Mərkəzində "At gücü" ("Horse Power") sənədli filminin təqdimatı keçirilib.

Bu gün
20:040
Xalq artisti: "Bu, islahat deyildi, teatra olan çox səhv bir münasibət idi" - VİDEOMədəniyyət

Xalq artisti: "Bu, islahat deyildi, teatra olan çox səhv bir münasibət idi" - VİDEO

"İstedadsız insana kömək etməklə heç nə əldə etmək olmur. Lakin bu gün vəziyyət dəyişdiyi üçün gənclərə münasibət də dəyişib. Mənə elə gəlir ki, bu gün gənclərimiz var ki, onlara dəstək lazımdır, lakin o dəstək yetərincə deyil".

Dünən
11:080
"Akinak" tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıbMədəniyyət

"Akinak" tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıb

Aprelin 15-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə lentə alınan "Akinak" tammetrajlı bədii filminin premyerası keçirilib.

Dünən
00:300
"Euronews" Qarabağın musiqi ənənələrindən süjet hazırladı - VİDEOMədəniyyət

"Euronews" Qarabağın musiqi ənənələrindən süjet hazırladı - VİDEO

Qarabağın musiqi ənənələri ifaçılığı, hekayəçiliyi və improvizasiyanı birləşdirərək mədəni irsin gələcək nəsillərə ötürülməsini təmin edir.

Dünən
23:360