Xalq artisti: "Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat"
Mədəniyyət

Xalq artisti: "Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat"

İndi
17:00
1 baxış
Paylaş:

"SSRİ miqyasında "Yeddi oğul istərəm" on film içərisində ən çox valyuta gətirən idi. "Sovetskiy ekran" jurnalında bu barədə yazılmışdı. Dünyanın elə qitəsi yox idi ki, o film orada nümayiş olunmasın".

"SSRİ miqyasında "Yeddi oğul istərəm" on film içərisində ən çox valyuta gətirən idi. "Sovetskiy ekran" jurnalında bu barədə yazılmışdı. Dünyanın elə qitəsi yox idi ki, o film orada nümayiş olunmasın".

Gundem.today xəbər verir ki, bu sözləri Xalq artisti Rafiq Əzimov Musavat.com-a deyib:

"O vaxt bizə deyirdilər ki, əgər o valyutanın bir faizi "Azərbaycanfilm"ə verilsəydi, kinostudiyanın qapıları qızıldan olardı. Amma çifayda, belə olmadı...

O vaxt Bondarçuk (Sergey Bondarçuk - sovet aktyoru, rejissor və ssenarist, SSRİ xalq artisti - red.) çəkilişdən sonra gedib SSRİ bankına, pulunu alsın. Xruşşovun dövrü idi. Deyiblər nə pul? Xruşşova şikayət yazır ki, mən İtaliyada film çəkmişəm, valyutamı vermirlər. Xruşşov o vaxt onu partiyadan çıxartmaq istəyirdi. Deyib bankda olan pullar tək sizin deyil, SSRİ vətəndaşlarınındır".

Xalq artisti qeyd edib ki, onlar həmin vaxt pul haqqında düşünmürdülər:

"İnanın mənə. Hətta o vaxt bu məsələ lətifəyə çevrilmişdi, mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat. İndi durumu təsəvvür edin. Amma bu günə qədər biz pul haqqında düşünmədik. Cavanlıqda "Torqovı"ya (Nizami küçəsinə) çıxanda bizi barmaqla göstərirdilər. "Velikolepnaya semyorka" deyirdilər. Amma 30-cu illərdə Səməd Vurğun "Komsomol" poemasını yazanda nə "Yeddi Samuray" var idi, nə də "Velikolepnaya semyorka". Bizi görənlər filmdəki adımızla göstərirdilər ki, bax, Şahsuvardır, ya digərləri...

Nə yaxşı ki, biz o günləri yaşadıq. Yaşamasaydıq, görməsəydik, bəlkə də bu sənətə gəldiyimizə peşman olardıq. Ədil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Məhərrəm Haşımov kimi müəllimlərimiz olub".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Mədəniyyət#Rafiq_Əzimov#Yeddi_oğul_istərəm_filmi#Azərbaycanfilm#xalq_artisti#SSRİ_kinosu#sovet_filmləri#aktyor_qonorarları#Azərbaycan_kinosu#kino_tarixi#milli_kinematoqrafiya.

Oxşar Xəbərlər

Növbəti "Xarıbülbül" musiqi festivalına hazırlıqlar başlayıbMədəniyyət

Növbəti "Xarıbülbül" musiqi festivalına hazırlıqlar başlayıb

Mayın 14-15-də Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə IX "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Konsert proqramı və xarici iştirakçılar haqqında ətraflı məlumat.

İndi
18:161
Xalq artisti: "Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır"Mədəniyyət

Xalq artisti: "Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır"

"Biz Rasim Balayevlə birgə çox işləmişik. Cəfər Cabbarlının "Aydın" tamaşasında o, Dövlət bəyi, mən isə Gültəkin rolunu oynayırdım. Bu, universitetin Cəfər Cabbarlının yubileyinə hazırlanan bir tamaşası idi. Tamaşamız böyük səs-küy yaratmışdı. Rasim Dövlət bəyi çox gözəl oynamışdı. Bizim nəsil aktyorlar gedir. Gözləyirəm, hələ gəlib mənim vaxtım çatmır. Rasim yaxşı insan idi. Elə istedadlar var ki, həyatda özünü çox pis insan kimi göstərir. Əlbəttə ki, onlar da öləndən sonra tərifləyəcəklər, bu

1 saat əvvəl
13:421
Görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun doğum günüdür - FOTO - VİDEOMədəniyyət

Görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun doğum günüdür - FOTO - VİDEO

Bu gün Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri bəstəkar, musiqi xadimi, xanəndə, Azərbaycanın xalq artisti Cabbar Qaryağdıoğlunun doğum günüdür.

2 saat əvvəl
13:261
Dilarə Əliyeva: "Nəsimi deyilən kimi bütün türk dünyasının gözü önünə məhz Rasim Balayev gəlir" - VİDEOMədəniyyət

Dilarə Əliyeva: "Nəsimi deyilən kimi bütün türk dünyasının gözü önünə məhz Rasim Balayev gəlir" - VİDEO

"Rasim Balayevin həyatı, kinonu, sənəti sevməsi onun atdığı addımlardan, verdiyi qərarlardan bilinirdi. Çünki Nəsimi deyilən kimi bütün türk dünyasının gözü önünə məhz Rasim Balayev gəlir".

Dünən
15:181