
AYNA-nın bəzi dayanacaqları niyə qıfıllanır? - SƏBƏB AÇIQLANDI - VİDEO
Bakı şəhəri, metronun "Neftçilər" stansiyasının ətrafında yerləşən avtobus dayanacaqlarından birinin qapısının qıfıllanması narazılığa səbəb olub. Yağışlı hava şəraitində sərnişinlərin dayanacaqdan istifadə edə bilmədiyi, sığınacaq olduğu halda çöldə gözləməyə məcbur qaldığı görünür.
Bakı şəhəri, metronun "Neftçilər" stansiyasının ətrafında yerləşən avtobus dayanacaqlarından birinin qapısının qıfıllanması narazılığa səbəb olub. Yağışlı hava şəraitində sərnişinlərin dayanacaqdan istifadə edə bilmədiyi, sığınacaq olduğu halda çöldə gözləməyə məcbur qaldığı görünür.
Kadrlardan aydın olur ki, dayanacağın qapısı xüsusi giriş sistemi ilə yanaşı, əlavə olaraq asma qıfılla bağlanıb. Bu isə xüsusilə əlverişsiz hava şəraitində sərnişinlərin rahatlığını məhdudlaşdırıb.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Gundem.today-ın sorğusuna cavab olaraq bildirilib ki, bəzi hallarda dayanacaqlardan təyinatı üzrə istifadə olunmur:
"Bu dayanacaqlar bəzi insanlar tərəfindən gecələmək üçün istifadə olunur. Nəticədə həmin dayanacaqlarda natəmizlik yaşanır və bu da öz növbəsində sərnişinlərin narazılıqlarına səbəb olur. Buna görə də gecə saatlarında dayanacağın qapıları qapadılır ki, daha sonra səhər saatlarında təmizlik işləri aparılsın və dayanacaq yenidən istifadəyə verilsin.
Bütün dayanacaqlarla bağlı mütəmadi olaraq monitorinqlər aparılır və aşkar edilən nöqsan və çatışmazlıqlar aradan qaldırılır".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"Torpağımızı qazırlar, məhkəmənin qərarını saymırlar" - MTK və vətəndaş arasında QALMAQAL - VİDEO
Paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, ərazidə bina inşa edən şirkət vətəndaşların hasarını uçurub və nəticədə qəzalı vəziyyət yaranıb.
CəmiyyətAzərbaycanı dünyada tanıdan oymaçı Azər Əsədovun hekayəsi - FOTO
59 yaşlı oymaçı Azər Əsədov sənət yoluna əvvəlcə rəssamlıqla başlasa da, 1982-ci ildən etibarən özünü tamamilə oyma sənətinə həsr edib.
CəmiyyətSakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Aprelin 1-də Bakının Xəzər və Qaradağ rayonlarında, eləcə də Qazax və Gədəbəy rayonlarında qaz təchizatında fasilələr yaranacaq.
CəmiyyətÖlkədaxili daşımalarda yeni tələblər: Gediş haqqı artırılacaq? - FOTO
Prezident İlham Əliyev "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliyi təsdiqləyib.