
ABŞ Suriyadan çıxdı: 12 illik hərbi missiyaya son qoyuldu
Birləşmiş Ştatlar Yaxın Şərq regionunda yerləşən dövlətlərdən birindəki hərbi fəaliyyətini yekunlaşdırıb.
Birləşmiş Ştatlar Yaxın Şərq regionunda yerləşən dövlətlərdən birindəki hərbi fəaliyyətini yekunlaşdırıb.
Gundem.today xəbər verir ki, bu barədə "Clash Report" məlumat yayıb.
Məlumata görə, Vaşinqton on ildən artıqdır Suriya ərazisində həyata keçirdiyi hərbi missiyanı başa çatdırıb. Qeyd olunub ki, ABŞ-nin sonuncu hərbi konvoyu dövlətin şimal-şərqindəki Kasrak hərbi bazasını tərk edib, bölgəyə nəzarət isə tamamilə Suriya ordusunun ixtiyarına verilib.
Xatırladaq ki, ABŞ Silahlı Qüvvələri İŞİD-ə qarşı əməliyyatlar aparmaq üçün ilk dəfə 2014-cü ildə Suriya ərazisinə daxil olmuşdu.
Qeyd edək ki, bundan öncə media orqanlarında Pentaqona Kuba istiqamətində əməliyyatlara başlamaq üçün hazırlıq tapşırığının verildiyi barədə xəbər yayılmışdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ generalı: "Açıq dənizdə İran gəmiləri və tankerləri ələ keçiriləcək"
"ABŞ İranın sahil xətti və limanlarının blokadası çərçivəsində açıq dənizdə hərəkət edən İran gəmilərini, o cümlədən tankerləri ələ keçirməyi planlaşdırır".
DünyaAlmaniya ordusunda anticasus tədbiri: İclaslara smartfonla girmək qadağan edildi
Rusiya və Çinin mümkün casusluq fəaliyyətləri ilə əlaqədar olaraq Almaniyanın müdafiə naziri Boris Pistorius Bundesverin mərkəzi qərargahında şəxsi mobil telefonların istifadəsinə sərt məhdudiyyətlər tətbiq edib.
DünyaMadaqaskarda prezidentə və həyat yoldaşına qarşı sui-qəsd cəhdi
Madaqaskar Prezidenti Mikael Randrianirina və onun həyat yoldaşına sui-qəsd cəhdi olub.
DünyaKahramanmaraşda məktəbə hücum edən 14 yaşlı şagirdlə bağlı yeni məlumat - FOTO
Kahramanmaraşda təhsil aldığı məktəbə silahlı hücum edərək qətliam törədən 14 yaşlı İsa Aras Mersinlinin ölüm səbəbi ilə bağlı yeni detallar məlum olub.