
Xərçəng xəstəliyinə yoluxanların sayı niyə durmadan artır?
Bir çoxları hesab edir ki, onkoloji xəstəliklər texniki tərəqqinin "nəticəsidir". Kütləvi şüurda keçmiş daha təmiz, plastik və zərərli qazların olmadığı, insanların xərçəngi tanımadığı bir dövr kimi təsəvvür olunur.
Bir çoxları hesab edir ki, onkoloji xəstəliklər texniki tərəqqinin "nəticəsidir". Kütləvi şüurda keçmiş daha təmiz, plastik və zərərli qazların olmadığı, insanların xərçəngi tanımadığı bir dövr kimi təsəvvür olunur.
Gundem.today Ümumdünya Səhiyyə Təşkilatı və Xərçəngin Tədqiqi üzrə Beynəlxalq Agentliyin hesablamalarına istinadən xəbər verir ki, dünyada hər beş nəfərdən birinə həyatının müəyyən dövründə xərçəng diaqnozu qoyulur.
Məsələn, 2022-ci ildə 20 milyondan çox yeni hal qeydə alınıb və bu rəqəmin artacağı proqnozlaşdırılır.
Bu göstəricilərə bir neçə amil təsir edir. Əvvəllər insanlar infeksiyalar, travmalar və aclıq səbəbindən daha tez vəfat etdikləri üçün "onkoloji yaş"a çatmırdılar. Xərçəng hallarının əksəriyyəti 50-60 yaşdan yuxarı şəxslərdə aşkarlanır, buna görə yaş əsas risk faktoru sayılır.
Ətraf mühitin - havanın, torpağın və suyun çirklənməsi də xərçəng riskini artıran mühüm amillərdəndir. Məsələn, 2023-cü ildə ağciyər xərçəngindən ölümlərin 17%-i hava çirklənməsi ilə əlaqələndirilib. Lakin daha güclü təsir göstərən digər səbəblər də var: siqaret çəkmə nəticəsində yaranan eyni xəstəlikdən ölüm halları 70% təşkil edib.
"Qlobal Xəstəlik Yükü" layihəsinin hesablamalarına görə, xərçəng hallarının təxminən 15 faizini həyat tərzinin dəyişdirilməsi ilə qarşısını almaq mümkündür.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ ordusu Sakit okeanda katerə zərbələr endirdi: Ölənlər var - VİDEO
ABŞ ordusu Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçıları tərəfindən istifadə edildiyi ehtimal olunan katerə zərbələr endirib.
DünyaÜmumdünya Meteorologiya Təşkilatından XƏBƏRDARLIQ: İstilik dalğası yenidən aktivləşəcək
Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) dünyada havanın kəskin isinməsi ilə xarakterizə olunan "El-Ninyo" iqlim fenomeninin yaxın gələcəkdə yenidən aktivləşəcəyini ehtimal edir.
DünyaTokioda enerji qənaəti üçün işçilərə QƏRİBƏ TÖVSİYƏ
Yaponiyanın paytaxtı Tokioda sakinlərə ofislərdə elektrik enerjisinin istehlakını azaltmaq məqsədilə klassik iş geyimlərindən imtina edib daha yüngül gündəlik geyimlərə, o cümlədən şortlara üstünlük vermək tövsiyə olunub.
DünyaŞotlandiyada 280 illik partlamamış mərmi tapıblar
Şotlandiya Milli Fondu İnverness yaxınlığında yerləşən Kalloden döyüş ərazisində partlamamış minaatan mərmisinin tapıldığını bəyan edib.