Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Cəmiyyət

Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO

İndi
01:00
0 baxış
Paylaş:

Son illər Xəzər dənizində suyun səviyyəsinin azalması və sahil xəttinin geri çəkilməsi bölgədə fəaliyyət göstərən balıq vətəgələri üçün ciddi çətinliklər yaradıb. Aparılan müşahidələr göstərir ki, bu proses həm iqtisadi, həm də ekoloji baxımdan əhəmiyyətli təsirlərlə müşayiət olunur.

Gundem.today Xəzər TV-yə istinadən xəbər verir ki, balıqçılıq təsərrüfatı ilə məşğul olan şəxslər deyirlər ki, əvvəlki illərlə müqayisədə dənizə çıxış xeyli çətinləşib. Xüsusən Xəzər dənizinin cənub rayonlarına düşən hissəsində tam su içində yerləşən vətəgələr indi qismən quruda qalır. Onların sözlərinə görə, bəzi vətəgələrdə su o qədər çəkilib ki, torları əvvəlki kimi yerləşdirmək mümkün olmur.

Mütəxəssislər isə problemin daha genişmiqyaslı olduğunu vurğulayırlar. Balıqçılar İttifaqının sədri Əfqan Əliyev bildirir ki, suyun çəkilməsi nəticəsində sahilyanı ekosistemlər ciddi dəyişikliklərə məruz qalır. Suyun səviyyəsinin azalması ilə bir çox balıq növlərinin çoxalma və qidalanma zonaları daralır. Bu isə ümumi bioloji müxtəlifliyin azalmasına gətirib çıxara bilər.

Mütəxəsisin sözlərinə görə, vəziyyət uzunmüddətli perspektivdə balıqçılıq sektoruna mənfi təsir göstərə bilər. Onların fikrincə, əgər suyun səviyyəsinin azalması davam edərsə, bir çox vətəgələr fəaliyyətini dayandırmaq məcburiyyətində qala bilər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Balıq_bazarı#Balıq_ovu#Xəzər_dənizi

Oxşar Xəbərlər