
Qərbi Azərbaycan Xronikası: İrəvan quberniyasında 199 kənd necə məhv edildi? - VİDEO
Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.
Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.
Verilişdə tarixçi İlqar Niftəliyev İrəvan quberniyasında azərbaycanlılar yaşayan kəndlərin dağıdılması, Ermənistan hökumətinin inkar etdiyi faktlar və tarixi sənədlərin sübuta yetirdiyi həqiqətlərdən danışıb.
Onun sözlərinə görə, ermənilərin 1917-1918-ci illərdə İrəvan quberniyasında törətdiyi kütləvi zorakılıq və qırğınlar danılmaz faktlardır: "İrəvan quberniyasında 199 azərbaycanlı kəndi yerlə-yeksan edilib. O zaman İrəvan faciəsini Fövqəladə İstintaq Komissiyası üzə çıxara bilmədi. Çünki komissiya İrəvana buraxılmadı. Bununla da Ermənistan ərazisində azərbaycanlıların taleyi araşdırılmadı. İrəvan quberniyasında sistemli etnik təmizləmə tarixi sənədlərlə sübuta yetirilib. Sovet vaxtı daşnak hökumətinin 250 müsəlman kəndini dağıtması faktı təsdiqlənib. Ermənistanda 30 aylıq daşnak hakimiyyəti dövründə azərbaycanlıların sayı 77 faiz azalıb".
Tarixçi deyib ki, Cümhuriyyət dövrünün sənədləri İrəvan faciəsini açıq ortaya qoyur: "1919-cu ilin sənədləri bugünkü mübahisələrə cavab verir. Ermənistan hökumətinin inkar etdiyi, ancaq sənədlərin sübut etdiyi həqiqətlər üzə çıxır. Bir sözlə, Ermənistanda azərbaycanlılara qarşı sistemli sıxışdırma siyasəti aparılıb".
İ.Niftəliyev İrəvandakı soyqırımın qarşısının alınmamasının səbəbləri, 70 min azərbaycanlının yoxa çıxması və s. məsələlərə də aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətKiberhücumlara qarşı müdafiə gücləndirilir: Azərbaycanda yeni Koordinasiya Mərkəzi yaradılacaq
Son illər süni intellekt texnologiyalarının sürətli inkişafı informasiya məkanında yeni risklər yaradıb. Xüsusilə dipfeyk videolar və saxta xəbərlərin yayılması həm ictimai rəyə, həm də dövlətlərin informasiya təhlükəsizliyinə təsir göstərir. Bu səbəbdən bir çox ölkələr kiberhücumlara qarşı rəqəmsal müdafiə mexanizmlərini gücləndirməyə çalışır. Azərbaycanda da bu istiqamətdə yeni addım atılır. Ölkə səviyyəsində kiberhücumlara qarşı dayanıqlı müdafiə, onların nəticələrinin təhqiqatı və aradan qal
Siyasət"Bir millət, üç dövlət" - Ünal Üstel Bakıda mühüm mesajlar verdi - VİDEO
Baku TV-nin "Rəsmilər" verilişinin budəfəki buraxılışının qonağı Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel olub.
Siyasət"Haber Global" Azərbaycandan İrana yola salınan humanitar yardımla bağlı VİDEOSÜJET hazırlayıb
Azərbaycandan İrana üçüncü dəfə humanitar yardım yola salınıb.
SiyasətRusiya-Qərb qarşıdurmasının yeni ünvanı: Putin-Paşinyan görüşünün pərdəarxası - FOTO
Ermənistanda qarşıdan gələn parlament seçkiləri ərəfəsində Rusiya və Qərb arasındakı siyasi rəqabət kəskinləşir. Putin-Paşinyan görüşünün detalları, Moskvanın iqtisadi təhdidləri və Azərbaycanın bölgədəki güclü, müstəqil mövqeyi barədə ətraflı məlumat.