
Xorvatiyada maraqlı arxeoloji tapıntı - FOTO
Xorvatiyanın Vinkovçi şəhərindəki bazar ərazisində aparılan yenidənqurma işləri zamanı arxeoloqlar qədim Roma dövrünə aid nadir və toxunulmamış məzar aşkar ediblər.
Xorvatiyanın Vinkovçi şəhərindəki bazar ərazisində aparılan yenidənqurma işləri zamanı arxeoloqlar qədim Roma dövrünə aid nadir və toxunulmamış məzar aşkar ediblər.
Gundem.today xəbər verir ki, bu barədə "Arkeonews" jurnalı məlumat yayıb.
Məlumata görə, may ayının əvvəlinə qədər tədqiqatçılar ərazidə 44 qədim dəfn yeri aşkar ediblər ki, onlardan da 19-u artıq tam tədqiq olunub.
Ən mühüm kəşf isə kərpicdən tikilmiş, qapalı və toxunulmamış məzar olub. Məzarda 40-45 yaşlarında olduğu təxmin edilən bir kişinin qalıqları tapılıb. Skelet nisbətən yaxşı qorunduğu üçün gələcəkdə həmin şəxsin sağlamlığı, qidalanma rasionu, fiziki fəaliyyəti və dəfn ayinləri haqqında dəyərli məlumatlar əldə etmək mümkün olacaq.
Arxeoloqlar məzarın daxilində, skeletin sağ ayağı yaxınlığında dəmir əşya, sağ çiyni yaxınlığında isə tunc parçası aşkar ediblər. Mütəxəssislər tapıntının əsas dəyərinin onun hermetikliyində (tam qapalı qalmasında) olduğunu vurğulayırlar. Belə ki, bölgədə indiyədək tədqiq edilmiş 200-dən çox kərpic məzardan yalnız ikisi toxunulmamış vəziyyətdə tapılıb.
Aşkar edilən qədim məzarların eramızın II və III əsrlərinə aid olduğu ehtimal edilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MaraqlıQəhvənin dərmanlarla birlikdə qəbulunun potensial təhlükələri
Qəhvə bəzi tibbi preparatların təsir mexanizmini dəyişə və birbaşa əks-göstəriş qeyd edilməsə belə, arzuolunmaz reaksiyalara səbəb ola bilər.
MaraqlıKenquruların diş quruluşunun təkamül sirri açıldı
Təkamül prosesində sərt qidalanmaya keçid etmələrinə baxmayaraq, kenquruların dişləri yumşaq otlarla qidalanan məməlilərə xas olan forma və quruluşunu qoruyub saxlayır.
MaraqlıAzərbaycanda qastroturizmin inkişafına töhfə: 10 ölkənin qatıldığı kulinariya çempionatı - FOTOREPORTAJ
Bakıda 31-ci Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") çərçivəsində "Qızıl Şah" Milli Kulinariya Çempionatına start verilib.
MaraqlıAvtomobil akkumulyatorunun sıradan çıxmasının əsas səbəbləri - Ekspert açıqlaması
Rusiyalı ekspert Roman Timaşov avtomobil akkumulyatorunun sıradan çıxmasının əsas səbəblərini açıqlayıb.