
Yandırılan türk bayrağının kölgəsindəki "ev" - Serdar Kılıçı ermənilərə bağlayan nədir?
Kubra Məhərrəmova yazır...
Kubra Məhərrəmova yazır...
Deməli, biz o qədər xətir-hörmətə dəyər verən, ümumiyyətlə, böyük-kiçik yerini bilən insanlarıq ki, vallahi-billahi, nə olursa olsun, kimisə özümüzdən zəif görsək belə, arada bir salam-kəlamımız varsa, nə vaxtsa, haradasa bir tikə çörək kəsmişiksə, o adama yenə də hörmətlə müraciət edərik, münasib xitablar işlədərik. Müəllim, dayı, əmi, "abi" deyərik. Amma bir şeyi də qarışdırmayaq, bizim "abi" deməyimiz o demək deyil ki, hər deyilənlə razıyıq.
Serdar Kılıç abicim, məsələ də elə bundadır. Üç gündür münasibətlər elə bil ki, ya istiləşir, ya istiləşmir. Hələ gediləcək xeyli yol varkən, sərhədlərin xəttini cızmaq varkən, bu nə can-fəşanlıq? Bu nə özündən gəlin-güvənlik?
Bilməyənlər üçün deyim ki, Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç İrəvanda səfərdə olanda deyib ki, "mən özümü burada, yəni İrəvanda evimdəki kimi hiss edirəm".
Məncə səbir etməkdə böyük fayda var.
Əgər tarixi gerçəkliyə baxsaq, sənin indi durduğun yer elə-belə yer deyil. O ərazi tarixən Azərbaycan torpağı olub, İrəvan xanlığı kimi azərbaycanlıların məkanı olub. Bu gün bir azərbaycanlı, qərbi azərbaycanlı çıxıb desə ki, mən orada özümü öz yurdumda hiss edirəm, bunun heç olmasa bir tarixi dayağı var. Amma sən durub deyirsən ki, "özümü evimdəki kimi hiss edirəm". Hiss etmək başqa şeydir, aid olmaq başqa.
Birincisi, gəlin bunu açıq danışaq, ora sənin evin deyil, evin də ola bilməz. Bu qədər sadə. Niyə belə əmin danışıram?
Çünki elə bir neçə gün əvvəl (aprelin 24-də) Ermənistanda Türkiyə bayrağı yandırılmışdı.
İkincisi dünyada elə bir platforma yoxdur ki, orada ermənilər Türkiyəyə qarşı ittiham irəli sürməsinlər. Elə dünənki tədbirə gələnlərin də əksəriyyəti qondarma soyqırımı abidəsinə başda ermənilər olmaqla baş əyiblər.
Üçüncüsü də, Serdar Kılıçın dediklərindən qəribə məntiq çıxır.
Sanki "mən Türkiyənin marağını düşünmürəm, əsas odur ki, ermənilərin yaşayışı yaxşı olsun". Abicim, bu nə enteresan konu? Ermənilərin içində yaşamısan, yəni demək istəyirsən ki, ermənilərin çörəyini yemisən?
Deməli bu qədər istilik, bu qədər "çiçək-böcək" söhbətləri birdən-birə çıxmadı. İndi isə sual! Kimə göstərirsən bunu, nə üçün göstərirsən?
Bir bax, Paşinyan dünən nə dedi? Nəzakətli, diplomatik şəkildə dedi ki, 2028-ci ildə Azərbaycanda keçiriləcək tədbirdə iştirak edəcəyinə ümid edir. Ermənistanın baş naziri belə öz niyyətini ehtiyatla söyləyir.
Dünənki tədbirin video yazısına bir də baxın, sizə çox fayda verəcək. Azərbaycanın Prezidenti cənab İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı ilə tədbirə qoşuldu və açıq dedi: "İndi isə Avropa Parlamentini götürək. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib".
Bu boyda danışıqdan sonra Serdar abicimiz isə deyir: "Ermənistanla Türkiyə arasında normallaşma prosesinə başlayanda erməni həmkarıma çoxsaylı təkliflər verdim və onların heç biri Türkiyənin xeyrinə deyildi. Əsas məqsədim erməni xalqının rifahını və daha yaxşı gələcəyini təşviq etmək idi. Los-Ancelesdə, sonra isə Beyrutda işləyərkən erməni xalqı arasında yaşamışam. Ruben Rubinyanla mənim aramda qarşılıqlı anlaşma var, çünki biz eyni mədəniyyəti bölüşürük".
Belə görürəm çox isti görüşlər olub ki, Serdar öz dövlətinin maraqlarını heçə sayır.
Abicim, biz yenə də hörmətimizi saxlayırıq.
Bizdə bir söz, "itə yiyəsinə görə hörmət edərlər".
Amma hər şeyin də bir həddi var. "Abi" deyirik deyə, hər deyilən sözü də qəbul edəcək deyilik.
İndi özün etiraf et, bu doğmalıq, ev hissi birdən-birə haradan gəldi? Nəyə görə gəldi? Kim sənə dedizdirdi bu sözü?
Yoxsa ermənilər sənə tapulu, kupçalı ev veriblər İrəvanda?
Yoxsa Los-Ancelesdə veriblər? Veriblərsə, heç, verməyiblərsə, onda lap heç.
Boş yerə özünü hörmətdən saldın, abicim.
Əslində, çox səliqəli, diplomatik, siyasi baxımdan savadlı bir yazı yaza bilərdim. İnan ki, buna biliyim də, bacarığım da, peşəkarlığım da yetir. Amma bu davranışı görəndən sonra dedim ki, xeyir ola? Bizə qalıb elə
Oxşar Xəbərlər
CəmiyyətŞəkidə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb
Mayın 5-də Şəki şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.
CəmiyyətƏhalinin yaşayışını burnundan gətirən durum: "Biabırçılıqdır, heç rayonda belə yaşamırlar" - VİDEO
Bakının Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsində yaşayan sakinlər yarımçıq qalan tikinti işlərindən narazıdırlar.
CəmiyyətSürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsində hərəkətə məhdudiyyət tətbiq ediləcək
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində (8 Noyabr prospektindən Babək prospektinədək olan hissə) 5 may saat 22:00-dan 8 may saat 06:00-dək nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
CəmiyyətSürücülərə XƏBƏRDARLIQ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Avtomobil yollarında vəziyyət açıqlanıb.