
Yaponiyada hərbi poliqonda partlayış: Üç hərbçi həlak olub
Yaponiya Özünümüdafiə Qüvvələrinin Oita prefekturasında yerləşən "Hidzuday" poliqonunda keçirilən hərbi təlimlər zamanı sursat partlayıb.
Yaponiya Özünümüdafiə Qüvvələrinin Oita prefekturasında yerləşən "Hidzuday" poliqonunda keçirilən hərbi təlimlər zamanı sursat partlayıb.
Gundem.today xəbər verir ki, bu barədə NHK telekanalı Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumatda bildirilib ki, hadisə nəticəsində üç hərbçi həyatını itirib, daha bir nəfər isə xəsarət alıb. Məlumata görə, məşqlər tank bölməsi tərəfindən icra olunurdu.
Hazırda Yaponiyanın Özünümüdafiə Qüvvələri tərəfindən xəsarət alan hərbçilərin sağlamlıq vəziyyətləri, partlayışın başvermə səbəbləri və hadisənin digər detalları araşdırılır. Bu məqsədlə sözügedən əraziyə cavabdeh olan Qərb Ordusu qərargahının nümayəndələri hadisə yerinə ezam ediliblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp Starmerin ABŞ-yə səfir seçimini tənqid etdi
Prezident Donald Tramp qalmaqallı keçmiş maliyyəçi, həbsdə ölən Ceffri Epşteynlə dostluq etmiş Piter Mandelsonun Böyük Britaniyanın ABŞ-dəki səfiri işləməsini Birləşmiş Krallığın Baş naziri Kir Starmerin uğursuz qərarı adlandırıb.
Dünyaİrandan TƏLƏB: "Vaşinqton müsadirə olunan gəmini və heyəti dərhal azad etməlidir"
İranın Xarici İşlər Nazirliyi Birləşmiş Ştatların İran konteyner gəmisini müsadirə etməsini dəniz quldurluğu kimi qiymətləndirib.
DünyaNeft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDI
ABŞ-İran danışıqlarının baş tutmayacağı ehtimalı ilə əlaqədar kəskin artımdan sonra neft qiymətlərində ucuzlaşma baş verib. Buna müzakirələrin keçiriləcəyinə dair yayılan son xəbərlərin səbəb olduğu bildirilir.
DünyaYaponiyada güclü zəlzələ: Yaralananlar var
Yaponiyada aprelin 20-də baş verən 7.7 bal gücündə güclü zəlzələ nəticəsində altı nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.