
İrandan TƏLƏB: "Vaşinqton müsadirə olunan gəmini və heyəti dərhal azad etməlidir"
İranın Xarici İşlər Nazirliyi Birləşmiş Ştatların İran konteyner gəmisini müsadirə etməsini dəniz quldurluğu kimi qiymətləndirib.
İranın Xarici İşlər Nazirliyi Birləşmiş Ştatların İran konteyner gəmisini müsadirə etməsini dəniz quldurluğu kimi qiymətləndirib.
Gundem.today xəbər verir ki, bu barədə bəyanat nazirliyin rəsmi saytında dərc olunub.
"Sərnişinlərin, gəmi heyətinin və onların ailələrinin qorxudulması ilə müşayiət olunan bu hərəkət dəniz piratlığı və terror aktıdır. İran İslam Respublikası ABŞ-nin bu qeyri-qanuni və cinayətkar hərəkətinin ciddi nəticələri barədə xəbərdarlıq edərək, İran gəmisinin, onun sərnişinlərinin və heyətinin, eləcə də onların ailələrinin dərhal azad olunmasının zəruriliyini vurğulayır", - deyə İran XİN-in bəyanatında bildirilir.
Tehran vurğulayıb ki, İran milli maraqlarının qorunması üçün bütün imkanlarından istifadə edəcək və regionda vəziyyətin gələcək eskalasiyasına görə tam məsuliyyət ABŞ-nin üzərinə düşür.
Xatırladaq ki, aprelin 20-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Oman körfəzində İranın limanlarından birinə gedən İran bayrağı altında üzən konteyner gəmisinin saxlanıldığını elan edib. Bu addımlar ABŞ tərəfindən əvvəllər tətbiq edilən İran limanlarının blokadası çərçivəsində atılıb. Komandanlıq qeyd edib ki, ABŞ hərbçilərinin tələblərinə tabe olmaqdan imtina edildikdən sonra Amerika esminesi konteyner gəmisinin mühərrik bölməsini zədələyib və bundan sonra amerikalı dəniz piyadaları gəminin göyərtəsinə qalxıblar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaFatih Birol: "Yaxın Şərqdəki münaqişə nəticəsində 84 energetika obyekti zədələnib"
Yaxın Şərqdə baş verən münaqişə nəticəsində 80-dən çox energetika obyekti zədələnib.
DünyaABŞ Braziliyanın təhlükəsizlik üzrə attaşesindən ölkədən çıxmasını tələb edib
ABŞ Braziliyanın təhlükəsizlik məsələləri üzrə attaşesindən ölkədən çıxmasını tələb edib.
DünyaNetanyahu: "İrandan qaynaqlanan "nüvə soyqırımı" riskini zərərsizləşdirə bildik"
Binyamin Netanyahu İsrailin İrandan qaynaqlanan "nüvə soyqırımı" riskini zərərsizləşdirdiyini bəyan edib.
DünyaTramp İranı atəşkəsi dəfələrə pozmaqda ittiham etdi
ABŞ Prezidenti Donald Tramp İranı atəşkəsi bir neçə dəfə pozmaqda ittiham edib.