Son dəqiqə
Bir hissəsi Ermənistanda yerləşən su anbarı təmir ediləcəkMüslüm Cabbarzadə nazir müavini TƏYİN EDİLDİ - FOTOABŞ İranı növbəti dəfə hədələdiÇempionlar Liqasında həftənin ən yaxşısı kim olacaq? - Namizədlər açıqlandıBakıda təcili yardım sürücüsündən ŞOK ADDIM: Sərxoş və narkotikin təsiri altında... - VİDEOABŞ Suriyadan çıxdı: 12 illik hərbi missiyaya son qoyuldu
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Yasamalda EV QALMAQALI: "Məhkəmə qərarına baxmayaraq, kommunal xidmətlər dayandırılıb" - VİDEO
Yasamalda EV QALMAQALI: "Məhkəmə qərarına baxmayaraq, kommunal xidmətlər dayandırılıb" - VİDEO
Cəmiyyət

Yasamalda EV QALMAQALI: "Məhkəmə qərarına baxmayaraq, kommunal xidmətlər dayandırılıb" - VİDEO

Bu gün
15:40
0 baxış
Paylaş:

Bakının Yasamal rayonunda evinin sökülməsindən narazı qalan vətəndaş şikayətini ictimailəşdirib.

Bakının Yasamal rayonunda evinin sökülməsindən narazı qalan vətəndaş şikayətini ictimailəşdirib.

Gundem.today xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Bildirilib ki, vətəndaşın evinin sökülməsi ilə bağlı məsələ hazırda məhkəmə icraatındadır. Buna baxmayaraq, aprelin 14-də yaşayış sahəsinə verilən kommunal xidmətlərin dayandırıldığı iddia olunur.

Şikayətçi qeyd edib ki, məhkəmə qərarına əsasən, ev toxunulmaz hesab edilir.

"Hazırda məhkəmənin qərarı var ki, ev toxunulmazdır. Qətnaməyə baxmayaraq, bu gün gəlib qazımızı, suyumuzu və işığımızı kəsiblər", - deyə vətəndaş bildirib.

Gundem.today-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirildi ki, Yasamal rayonu, A.Şaiq küçəsi, S.Tağızadə küçəsi və N.Nərimanov prospektinin kəsişdiyi ərazidə "Alians Development" MMC tərəfindən çoxmərtəbəli yaşayış binasının inşası həyata keçirilir.

"Yaşayış binasının layihə sənədləri aidiyyəti qurumlarla razılaşdırılıb, müvafiq qaydada ekspertizadan keçirilib. Həmçinin ekspertiza rəyi əsasında layihəyə müvafiq qurum tərəfindən tikintiyə icazə sənədi verilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən əraziyə vizual baxış keçirilib və sözügedən fərdi yaşayış evinin qəzalı vəziyyətə olduğu müəyyən edilib.

Bununla bağlı aidiyyəti qurumlar məlumatlandırılıb", - deyə açıqlamada bildirilib.

Yasamal Rayonu İcra Hakimiyyətindən (RİH) Gundem.today-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ünvana aidiyyəti qurumlar tərəfindən baxışlar keçirilib, fərdi yaşayış evinin istismar müddətinin bitdiyi və hazırda qəzalı durumda olduğu barədə rəy verilib.

"Son leysan yağışlarından sonra ərazidə torpaq yuyulub və bu evdə yaşayışın davam etməsi yerli sakinlər üçün təhlükə yaradır. RİH tərəfindən vətəndaşa təxliyə çağırışı edilib, iki dəfə kirayə haqqı ödənişi təklif olunsa da, vətəndaş bundan imtina edib. Bu hal, habelə ətraf ərazilərdə istismar müddəti bitmiş digər evlərin söküntüsü kommunal xidmətlərin məhdudlaşdırılması və beləliklə təhlükənin öncədən qarşısının alınması zərurətini yaradıb", - deyə məlumatda vurğulanıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Sakin_şikayəti#Bakıda_söküntü_işləri#Yasamal_rayonu#Yasamal_Rayon_İcra_Hakimiyyəti#Fövqəladə_Hallar_Nazirliyi_(FHN)

Oxşar Xəbərlər

Bir hissəsi Ermənistanda yerləşən su anbarı təmir ediləcəkCəmiyyət

Bir hissəsi Ermənistanda yerləşən su anbarı təmir ediləcək

Azərbaycan və Ermənistan sərhədində yerləşən Coğazçay su anbarı təmir ediləcək.

Bu gün
17:160
Sürücülərə sürüşmə təhlükəsi yaranan Bibiheybət yolu ilə bağlı ŞAD XƏBƏRCəmiyyət

Sürücülərə sürüşmə təhlükəsi yaranan Bibiheybət yolu ilə bağlı ŞAD XƏBƏR

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) intensiv yağıntıların fəsadlar yaratdığı Bibiheybət yolunda bərpa işlərini yekunlaşdırıb.

Bu gün
16:500
Qusar Rayon İcra Hakimiyyətində yeni TƏYİNATLAR - ÖZƏLCəmiyyət

Qusar Rayon İcra Hakimiyyətində yeni TƏYİNATLAR - ÖZƏL

Qusar Rayon İcra Hakimiyyətində kadr dəyişikləri olub.

Bu gün
16:440
Ordubadda qaya UÇDU, yolda hərəkət çətinləşdi: 32 ev qazsız qaldı - FOTOCəmiyyət

Ordubadda qaya UÇDU, yolda hərəkət çətinləşdi: 32 ev qazsız qaldı - FOTO

Ordubad rayonu Pəzməri kəndində baş verən qaya uçqunu nəticəsində qaz xətti zədələnib.

Bu gün
16:290