
Yaxın Şərq gərginliyi Britaniyanı da vurdu - Ölkədə inflyasiya sürətlə artır
2026-cı ilin mart ayının yekunlarına əsasən, Böyük Britaniyada illik inflyasiya səviyyəsi artaraq 3.3%-ə çatıb.
2026-cı ilin mart ayının yekunlarına əsasən, Böyük Britaniyada illik inflyasiya səviyyəsi artaraq 3.3%-ə çatıb.
Gundem.today xəbər verir ki, bu barədə Krallığın Milli Statistika Xidmətinin (ONS) yaydığı məlumatlarda qeyd olunur.
Bildirilib ki, fevralda 3 faiz olan göstərici ilə müqayisədə yanacaq və bəzi digər malların qiymətinin artması fonunda inflyasiya sürətlənib. Buna ən çox təsir edən amil avtomobil yanacağının 8.7% bahalaşması olub ki, bu da son üç ildən artıq müddətdə qeydə alınan ən böyük sıçrayışdır.
ONS-in məlumatına görə, aviabiletlər və ərzaq məhsulları da bahalaşıb, geyim qiymətlərinin artım tempi isə ötən illə müqayisədə daha yavaş olub. Bununla yanaşı, neft və benzinin qiymətinin yüksəlməsi səbəbindən həm xammal, həm də zavodlardan çıxan məhsullar üzrə biznes xərclərinin artdığı müşahidə edilir. Baza inflyasiyası (enerji, ərzaq, spirtli içkilər və tütün məhsulları nəzərə alınmadan) 3.1%-ə qədər azalıb, xidmət sektorunda inflyasiya isə 4.5%-ə yüksəlib.
Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz statistik rəqəmləri şərh edərkən qiymət artımını ABŞ və İsrailin İranla münaqişəsinin nəticələri ilə əlaqələndirib və enerji daşıyıcılarının bahalaşmasının ailə və biznes büdcələrinə təsirini xüsusi vurğulayıb.
İqtisadçıların fikrincə, inflyasiyanın artması İngiltərə Bankının hazırda 3.75% təşkil edən faiz dərəcəsi ilə bağlı qərarlarına təsir göstərə bilər və bazar gözləntiləri pul-kredit siyasətinin daha da sərtləşdirilməsinə doğru dəyişir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaQarsda Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilib
Azərbaycanla Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçirilən "Heydər Əliyev-2026" birgə təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.
DünyaQarsda Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilib - VİDEO
Azərbaycanla Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçirilən "Heydər Əliyev-2026" birgə təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.
DünyaBrent markalı neftin qiyməti 102 dolları ötüb
Londonun ICE birjasında Brent markalı neftin 2026-cı ilin iyun tədarükü üzrə füçerslərinin qiyməti aprelin 13-dən bəri ilk dəfə 102 dolları ötüb.
Dünya"Brent" markalı neftin qiyməti 102 dolları ötüb
Londonun ICE birjasında "Brent" markalı neftin 2026-cı ilin iyun tədarükü üzrə füçerslərinin qiyməti aprelin 13-dən bəri ilk dəfə 102 dolları ötüb.