
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Gədəbəy rayonunda yeniyetmə oğlan həmyerlisini bıçaqlayıb.
Gədəbəy rayonunda yeniyetmə oğlan həmyerlisini bıçaqlayıb.
Gundem.today-ın məlumatına görə, hadisə rayon ərazisində fəaliyyət göstərən Gədəbəy İdman Kompleksinin qarşısında baş verib.
2009-cu il təvəllüdlü Əsəd Hüseynov Yusif Rəhimovla mübahisə edib. Mübahisə zamanı Yusif Rəhimovun qardaşı Ruslan da hadisə yerinə gəlib və onları ayırıb. Həmin vaxt Əsəd Ruslanı və qardaşı Yusifi təhqir edib. Ruslan Rəhimov da buna görə Əsədi döyüb.
Hadisədən qəzəblənən Əsəd Hüseynov mağazaya gedərək oradan mətbəx bıçağı alıb, geri qayıdıb və Ruslan Rəhimovu bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib, faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Ə.Hüseynov saxlanılıb, iş məhkəməyə göndərilib.
Məhkəmə prosesində tərəflər arasında barışıq elan olunduğundan Ə.Hüseynov 3 il azadlıqdan məhrum edilib. Məhkəmə Ə.Əsədovun cəzasını şərti hesab edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəAğcabədidə ağır qəza: Hadisə yerindən GÖRÜNTÜLƏR
Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
HadisəSinif yoldaşını yandıran şagird spirti termosa töküb gətiribmiş - DİREKTORDAN AÇIQLAMA - VİDEO
Ötən gün Bakının Yasamal rayonunda yerləşən 286 nömrəli məktəbdə doqquzuncu sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.
HadisəSinif yoldaşını yandıran şagird spirti termosa töküb gətiribmiş - YENİ DETALLAR - VİDEO
Ötən gün Bakının Yasamal rayonunda yerləşən 286 nömrəli məktəbdə doqquzuncu sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.
HadisəƏrindən ayrılan üç uşaq anasını SEVGİLİSİ DÖYDÜ
Abşeron rayonunda kişi üç uşaq anası olan sevgilisini döyüb.