Son dəqiqə
Sovet dövründə dəyirmana çevrilərək dağıdılmaqdan xilas edilən məscid - FOTOREPORTAJÜç ayda 76 milyon manatlıq narkotik MÜSADİRƏ EDİLİBABŞ Hörmüz boğazının TAM BLOKLANDIĞINI bəyan etdi - FOTOAlla Puqaçovanın Moskvadakı lüks mənzilinə görə kommunal borcu yaranıb - FOTO - VİDEOBakıda 31 yeni abidə aşkarlanıb - FOTOABŞ İranla "böyük sazişi" imzalamağı hədəfləyir
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. "Yerli şirkətlərin tanıtım sərgisi" keçiriləcək
"Yerli şirkətlərin tanıtım sərgisi" keçiriləcək
İqtisadiyyat

"Yerli şirkətlərin tanıtım sərgisi" keçiriləcək

Bu gün
10:27
0 baxış
Paylaş:

300-dən çox şirkəti bir araya gətirəcək sərginin "B2B" və "B2G" zonaları yeni əməkdaşlıqlar üçün imkan yaradacaq.

300-dən çox şirkəti bir araya gətirəcək sərginin "B2B" və "B2G" zonaları yeni əməkdaşlıqlar üçün imkan yaradacaq.

Gundem.today xəbər verir ki, 17-20 iyun tarixlərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Marsol Group"un birgə təşkilatçılığı, "Birbank Biznes"in rəsmi tərəfdaşlığı ilə 7-ci dəfə "Yerli şirkətlərin tanıtım sərgisi" baş tutacaq.

"Bakı Ekspo Mərkəzi"ndə keçiriləcək sərgidə inşaat, qida, İKT, təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək.

Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş auditoriyaya tanıtmaq, onların yeni bazarlara çıxışına dəstək olmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.

Dörd gün davam edəcək sərgi çərçivəsində həmçinin, iştirakçılar üçün xüsusi ayrılmış "B2B zona"da iri şirkətlərin satınalma və təchizat üzrə rəhbər şəxsləri ilə qarşılıqlı və interaktiv işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, sərgidə "B2G zona" da fəaliyyət göstərəcək. Bu zonada sahibkarlar dövlət qurumlarının nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, mövcud dəstək mexanizmləri ilə tanış olmaq və əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə edəcəklər.

İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA), Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Dövlət Reklam Agentliyi sərginin tərəfdaşları sırasındadır. Sərginin promo tərəfdaşı "Moon Group", media tərəfdaşı isə "BHB Strategic and Creative CO"dur.

Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. Ziyarətçi qeydiyyatı üçün: https://ebiletstore.com/event/7-ci-yerli-sirketlerin-tanitim-sergisi

Ətraflı məlumat üçün: marsolexpo.az və *0555

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#yerli_şirkətlərin_tanıtım_sərgisi#bakı_ekspo_mərkəzi#kobia#marsol_group#biznes_sərgi#b2b_görüşlər#b2g_zona#sahibkarlıq_sərgisi#azərbaycan_şirkətləri#birbank_biznes#biznes_əməkdaşlıq

Oxşar Xəbərlər

Köhnə 100 manatlıq əsginasların aqibəti necə olacaq?İqtisadiyyat

Köhnə 100 manatlıq əsginasların aqibəti necə olacaq?

Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır.

Bu gün
11:040
Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır - FOTOİqtisadiyyat

Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır - FOTO

Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanının 15 iyul 2026-cı il tarixdən tədavülə buraxılmasını elan edir.

Bu gün
10:520
Azərbaycan nefti KƏSKİN UCUZLAŞDIİqtisadiyyat

Azərbaycan nefti KƏSKİN UCUZLAŞDI

Dünya bazarında "Azeri Light" markalı neftin qiyməti azalıb.

Bu gün
09:400
Yaxın Şərqdəki gərginlik avrozonada ciddi inflyasiya təhdidi yaradır - AMB rəhbərindən xəbərdarlıqİqtisadiyyat

Yaxın Şərqdəki gərginlik avrozonada ciddi inflyasiya təhdidi yaradır - AMB rəhbərindən xəbərdarlıq

Avrozona iqtisadiyyatı enerji daşıyıcılarının bahalaşması səbəbindən Avropa Mərkəzi Bankının (AMB) əsas ssenarisindən uzaqlaşıb.

Bu gün
09:240