Son dəqiqə
KİV: ABŞ ordusu blokadanı keçməyə çalışan səkkiz tankeri saxlayıbAzərbaycanda 2025-2026-cı illər payız-qış mövsümü başa çatıbDonald Trampın qolf klubunun yaxınlığında gəzən silahlı şəxs həbs edilib - FOTOKöhnə 100 manatlıq əsginasların aqibəti necə olacaq?Xaricdə təhsil üzrə sənəd qəbulu BAŞLADI - Müraciət qaydası - VİDEO"Təmiz Şəhər" İT sistemlərini "Hökumət buludu"na köçürüb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Yaxın Şərqdəki gərginlik avrozonada ciddi inflyasiya təhdidi yaradır - AMB rəhbərindən xəbərdarlıq
Yaxın Şərqdəki gərginlik avrozonada ciddi inflyasiya təhdidi yaradır - AMB rəhbərindən xəbərdarlıq
İqtisadiyyat

Yaxın Şərqdəki gərginlik avrozonada ciddi inflyasiya təhdidi yaradır - AMB rəhbərindən xəbərdarlıq

Bu gün
09:24
0 baxış
Paylaş:

Avrozona iqtisadiyyatı enerji daşıyıcılarının bahalaşması səbəbindən Avropa Mərkəzi Bankının (AMB) əsas ssenarisindən uzaqlaşıb.

Avrozona iqtisadiyyatı enerji daşıyıcılarının bahalaşması səbəbindən Avropa Mərkəzi Bankının (AMB) əsas ssenarisindən uzaqlaşıb.

Gundem.today "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankın rəhbəri Kristin Laqard açıqlama verib.

"Biz hazırda baza və mənfi ssenarilər arasında yer alırıq", - deyə o bildirib.

Bununla belə, Laqard vurğulayıb ki, mövcud vəziyyət siyasətin sərtləşdirilməsinə meyillilik kimi başa düşülməməlidir. Onun sözlərinə görə, AMB-nin maliyyə sabitliyinə əsaslanan qiymət sabitliyini göstərən kompası mövcuddur.

Məqalədə qeyd olunur ki, Yaxın Şərqdə altı həftədən çox davam edən hərbi əməliyyatlardan sonra neft qiymətlərinin artması artıq avro zonasında inflyasiyanın iki faizlik hədəf səviyyəsini üstələməsinə səbəb olub. AMB rəhbəri tənzimləyici qurumun vəziyyətə uyğun hərəkət edəcəyini bildirib:

"Biz tam çevik olmalı və tələb olunan istiqamətdə addım atmağa hazır olmalıyıq".

O deyib ki, faiz dərəcələrinin gələcək trayektoriyasını müəyyənləşdirmək üçün hazırda çox tezdir. AMB-nin proqnozlarına görə, vəziyyət pisləşərsə inflyasiya 4.2 faizə qədər sürətlənə, daha sərt ssenaridə isə 6 faizi keçə bilər.

Bildirilib ki, martın 19-da Hörmüz böhranı fonunda AMB faiz dərəcəsini iki faiz səviyyəsində saxlayıb. Bank ötən ilin iyun ayından etibarən faizləri dəyişməz olaraq saxlayır. İqtisadçıların əksəriyyəti Avropa Mərkəzi Bankının 2026-cı il ərzində faiz dərəcələrini dəyişməyəcəyini gözləyir.

Xatırladaq ki, avrozona ölkələrinə Almaniya, Fransa, İtaliya, İspaniya, Hollandiya, Belçika, Avstriya, Yunanıstan, Portuqaliya, Finlandiya, İrlandiya, Slovakiya, Sloveniya, Litva, Latviya, Estoniya, Kipr, Malta, Lüksemburq və Xorvatiya daxildir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#avrozona_iqtisadiyyatı#avropa_mərkəzi_bankı#amb#kristin_laqard#inflyasiya#enerji_qiymətləri#faiz_dərəcələri#baza_ssenarisi#maliyyə_sabitliyi

Oxşar Xəbərlər

Köhnə 100 manatlıq əsginasların aqibəti necə olacaq?İqtisadiyyat

Köhnə 100 manatlıq əsginasların aqibəti necə olacaq?

Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır.

Bu gün
11:040
Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır - FOTOİqtisadiyyat

Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır - FOTO

Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanının 15 iyul 2026-cı il tarixdən tədavülə buraxılmasını elan edir.

Bu gün
10:520
"Yerli şirkətlərin tanıtım sərgisi" keçiriləcəkİqtisadiyyat

"Yerli şirkətlərin tanıtım sərgisi" keçiriləcək

300-dən çox şirkəti bir araya gətirəcək sərginin "B2B" və "B2G" zonaları yeni əməkdaşlıqlar üçün imkan yaradacaq.

Bu gün
10:270
Azərbaycan nefti KƏSKİN UCUZLAŞDIİqtisadiyyat

Azərbaycan nefti KƏSKİN UCUZLAŞDI

Dünya bazarında "Azeri Light" markalı neftin qiyməti azalıb.

Bu gün
09:400