
Yol polisindən hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Gundem.today həmin müraciəti təqdim edir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda respublikanın bir sıra bölgələrində külək və yağışla müşahidə olunan qeyri-sabit hava şəraitinin qarşıdakı iki gün ərzində də davam edəcəyi gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar baş verə biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Ayrı-ayrı bölgələrdə yağışın intensiv olacağını nəzərə alaraq, sürücülər ehtiyat tədbirləri görməli, yağmurlu, çiskinli havada sürət həddini, ara məsafəsini nəzarətdə saxlamalı, avtomobilin texniki sazlığını, xüsusilə işıq cihazlarının, şüşəsilgəclərinin işlək vəziyyətdə olmasını təmin etməlidirlər.
Piyadalar da əlverişsiz hava şərtlərini nəzərdən qaçırmamalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSumqayıtın bir hissəsi niyə susuz qalıb? - RƏSMİ AÇIQLAMA
Sumqayıt şəhərinin 3-cü və 5-ci mikrorayonunda suyun verilişində fasilə yaranıb.
CəmiyyətŞirvanda peşə liseyinə yeni direktor təyin edilib - FOTO
Şirvan Peşə Liseyinə yeni direktoru təyin olunub.
Cəmiyyət"BakuBus" sürücüsünün davranışı müzakirə yaratdı: "İkinci zolaqda saxlayıb aptekə getdi"
Bakıda "BakuBus" MMC-yə məxsus sərnişin avtobusu ilə bağlı diqqətçəkən hadisə baş verib.
CəmiyyətAAYDA-dan işdən çıxarılan bölgə rəisi məmur oğlu imiş - FOTO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində fəaliyyət göstərən Avtomobil Yollarının Mühafizəsi Xidmətində bir sıra vəzifəli şəxslər işdən çıxarılıblar. İddia olunur ki, həmin şəxslər qurumda aparılan yoxlama zamanı aşkarlanan pozuntulara görə vəzifədən azad olunublar.