
Yurgen Klinsmanın oğlu matç zamanı boynunu sındırıb
Sabiq almaniyalı futbolçu və məşqçi Yurgen Klinsmanın oğlu, "Çezena" klubunun amerikalı qapıçısı, Conatan Klinsman İtaliya B Seriyasının 35-ci turunda "Palermo"ya qarşı oyunda (0:2) boyun fəqərəsini sındırıb.
Sabiq almaniyalı futbolçu və məşqçi Yurgen Klinsmanın oğlu, "Çezena" klubunun amerikalı qapıçısı, Conatan Klinsman İtaliya B Seriyasının 35-ci turunda "Palermo"ya qarşı oyunda (0:2) boyun fəqərəsini sındırıb.
Gundem.today xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
ABŞ millisində yer almağa namizəd olan qapıçı oyunun son dəqiqələrində rəqib futbolçu ilə toqquşmadan sonra xərəkdə meydandan çıxarılıb. O, xəstəxanaya çatdırılıb və müayinələr nəticəsində baş nahiyəsində zədə ilə yanaşı, birinci boyun fəqərəsinin sınığı aşkarlanıb.
Qeyd edək ki, 35 turdan sonra İtaliya B Seriyasında "Çezena" 44 xalla turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAzərbaycan Kubokunda ilk finalçının adı bəlli olur: "Zirə", yoxsa "Turan Tovuz"?
Futbol üzrə Bizon Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.
İdmanKeniyalı idmançı Boston marafonunda rekord müəyyənləşdirdi
Keniyalı Con Korir Bostonda keçirilən 130-cu Boston marafonunun qalibi olub.
İdmanİngiltərə Premyer Liqasını tərk edən ilk komanda müəyyənləşdi
"Vulverhempton" 2025/26 mövsümünün nəticələrinə əsasən, İngiltərə Premyer Liqasında yerini qoruyub saxlamaq şansını itirib.
İdman"Laureus" idman mükafatının qalibləri məlum oldu
İspaniyalı tennisçi Karlos Alkaras "Laureus World Sports Awards - 2026" mükafatlandırma mərasimində "İlin idmançısı" adına layiq görülüb.