
Zaqatalada istirahət mərkəzində yanğın olub
Zaqatalada istirahət mərkəzində yanğın olub.
Zaqatalada istirahət mərkəzində yanğın olub.
Gundem.today "Report"a istinadla xəbər verir ki, yanğın martın 26-dan 27-nə keçən gecə rayonun Qazangül qəsəbəsi ərazisində yerləşən "Hope Lake" ailəvi istirahət mərkəzində baş verib.
Belə ki, ümumi sahəsi 100 kvadratmetrdən çox olan mətbəx binasında meydana gələn yanğının genişlənərək yaxınlıqdakı kottec və tikililərə keçməsinin qarşısı dərhal alınıb. Hadisə yerinə Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.
Yanğın nəticəsində ailəvi istirahət mərkəzinin mətbəx binasının yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəGəncədə yaşayış binasının yerində universitet tikiləcək? - İDDİA
Gəncə şəhəri, Atatürk prospektində ikimərtəbəli bina sökülür.
HadisəGoranboyda 34 yaşlı kişi bıçaqlandı: Gənc oğlan saxlanıldı
Goranboy rayonunda 34 yaşlı kişi bıçaqlanıb.
HadisəZaqatalada sərxoş kişi xəstəxanada öldü
Zaqatala rayonunda sərxoş kişi xəstəxanada ölüb.
HadisəSalyanda restoranda ölüm hadisəsi baş verib - FOTO
Bakı-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində yerləşən restoranda ölüm hadisəsi baş verib.