
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Ukrayna Prezidenti Volodimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkonun iki oğluna qarşı sanksiya tətbiq edib.
Ukrayna Prezidenti Volodimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkonun iki oğluna qarşı sanksiya tətbiq edib.
Gundem.today xəbər verir ki, bu barədə V.Zelenskinin rəsmi saytında dərc olunan fərmanda qeyd olunub.
Sənədə əsasən, Viktor Lukaşenko və Dmitri Lukaşenkoya qarşı məhdudiyyətlər 10 il müddətinə tətbiq edilir.
Ümumilikdə, Ukraynanın sanksiya siyahısına Belarusun 16 vətəndaşı və 11 hüquqi şəxsi daxil edilib.
Qeyd edək ki, aprelin 29-da Zelenski yeni anti-Rusiya sanksiyalar paketini imzalayıb. Onun sözlərinə görə, Belarusla bağlı məhdudiyyətlər Minskin Ukraynaya qarşı hərbi əməliyyatlara qoşulmasının qarşısını almaq məqsədi daşıyır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKonqresmendən UNO iddiası: "Məxfi bazada qəribə obyektlər gördüm"
ABŞ Konqresinin üzvü Anna Paulina Luna yadplanetli mənşəli olduğu iddia edilən hadisələrlə bağlı mətbuat konfransı keçirəcəyini açıqlayıb.
Dünyaİşçiləri də özü seçdi: İsveçdə "Mona" adlı süni intellekt kafe idarə edir
Stokholmda (İsveç) "Google"un "Gemi" bazasında süni intellekt tərəfindən tam idarə olunan kafe açılıb.
Dünyaİnsanlar niyə ağrılı və uğursuz münasibətlərə qayıdırlar? - Psixoloq rəyi
İnsanlar çox vaxt əziyyət çəkmək istədikləri üçün deyil, öyrəşdikləri emosional ssenarilərə görə onlara zərər verən münasibətlərə yenidən qayıdırlar.
DünyaBƏƏ hava məkanında qismən tətbiq etdiyi məhdudiyyətləri uzadıb
Birləşmiş Ərəb Əmirlikləri hava məkanında mart ayında qismən tətbiq edilmiş uçuş məhdudiyyətlərini uzadıb.