
Zimbabvenin keçmiş prezidentinin oğlu oyuncaq tapançaya görə CAR-dan deportasiya edildi
Cənubi Afrika Respublikası məhkəməsi Zimbabvenin keçmiş prezidenti Robert Muqabenin oğlu Bellarmin Muqabeni 600 min rend (36 min dollar) məbləğində cərimə edib və onun ölkədən çıxarılmasına qərar verib.
Cənubi Afrika Respublikası məhkəməsi Zimbabvenin keçmiş prezidenti Robert Muqabenin oğlu Bellarmin Muqabeni 600 min rend (36 min dollar) məbləğində cərimə edib və onun ölkədən çıxarılmasına qərar verib.
Gundem.today "The Guardian" nəşrinə istinadən xəbər verir ki, iş materiallarına görə, B.Muqabe bir nəfərə həqiqi silaha bənzəyən oyuncaq tapança tuşlayıb, həmçinin immiqrasiya qanunvericiliyini pozub. O, Zimbabveyə deportasiya ediləcək.
Daha əvvəl B.Muqabe və onun mühafizəçisi Tobias Matonxodzeyə qarşı qəsdən adam öldürməyə cəhd ittihamı irəli sürülmüşdü.
2026-cı il fevralın 19-da Yohannesburqdakı evdə baş verən atışma nəticəsində xidməti heyət üzvü Sifo Maxlanqu yaralanmışdı. B.Muqabe və T.Matonxodze onunla mübahisə etmiş, bundan sonra onlardan biri işçiyə atəş açmışdı.
Məhkəmə T.Matonxodzeni adam öldürməyə cəhddə təqsirli bilərək üç il müddətinə həbs cəzasına məhkum edib.
İstintaq belə qənaətə gəlib ki, B.Muqabe özü işçiyə oyuncaq tapança tuşlayıb. Buna görə də qəsdən adam öldürməyə cəhd ittihamı ləğv olunub və ona daha yüngül cəza verilib.
B.Muqabe artıq S.Maxlanquya 250 min rend ödəyib və əlavə olaraq daha 150 min rend ödəyəcəyinə söz verib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-dən İranla bağlı şok plan: "Qısa və güclü" zərbələr hazırlanıb
ABŞ danışıqlardakı çıxılmaz vəziyyəti aradan qaldırmaq ümidi ilə İrana "qısa və güclü" zərbələr dalğası endirmək planı hazırlayıb.
DünyaPentaqon iki vacib vəzifəsini açıqladı
"Hind və Sakit okean regionlarında Çinin qarşıdurma ilə deyil, güc vasitəsilə qarşısının alınması Pentaqon üçün ABŞ-nin materik hissəsinin müdafiəsindən sonra ikinci ən vacib vəzifədir".
DünyaPutin və Tramp arasında telefon danışığı olub
Vladimir Putin amerikalı həmkarı Donald Tramp ilə telefon danışığı aparıb.
DünyaSEPAH: "BƏƏ İran vətəndaşlarının əmlaklarını müsadirə etməyə başlayıb"
Birləşmiş Ərəb Əmirliklərində yaşayan İran vətəndaşlarının əmlakının müsadirəsinə başlanıldığı iddia olunur.