
Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEO
Bakıda bağ evlərinin aylıq kirayə qiymətləri 1 000 manatdan başlayaraq 40 min manatadək dəyişir.
Bakıda bağ evlərinin aylıq kirayə qiymətləri 1 000 manatdan başlayaraq 40 min manatadək dəyişir.
Gundem.today Xəzər TV-yə istinadən xəbər verir ki, yay mövsümünün başlamasına hələ xeyli vaxt qalsa da, bağ evləri artıq indidən bron edilir. Vətəndaşlar evləri həm günlük, həm də aylıq olaraq kirayələyirlər. Qiymətlərin yüksək olmasına baxmayaraq, tələbat kifayət qədər çoxdur.
Rieltor Hacıbala Quliyevin sözlərinə görə, 1 000-1 500 manatlıq evlərə tələbat böyük olsa da, bazarda bu qiymət kateqoriyasında olan mənzillərin sayı azdır. Kirayəçi olmaq istəyənlər isə seçim edərkən əsasən evin təmirinə və otaqların sayına önəm verirlər.
Mütəxəssislər bildirirlər ki, yay fəsli yaxınlaşdıqca bağ evlərinin kirayə qiymətlərində artım müşahidə edilə bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"50-yə yaxın evə ziyan dəydi" - Selin fəsadları ilə bağlı hansı işlər görülür? - VİDEO
"Şabrançay və Dəvəçiçayda güclü sel baş verib. Nəticədə çayların sağ və sol sahilləri sel suları ilə yuyulub, vətəndaşlara məxsus fərdi yaşayış evlərinə ciddi ziyan dəyib".
Cəmiyyət"Əlil uşağım var, məni də aldatdılar" - Sosial şəbəkədə dələduzluq - VİDEO
Sosial platformalarda onlayn alış-verişlə məşğul olan bir çox səhifələrin vətəndaşlara qarşı dələduzluq etməsi ilə bağlı şikayətlərin sayı artıb.
CəmiyyətBakıda yeni xəstəxana tikiləcək - Psixiatriya və narkoloji mərkəzləri olacaq
Bakının Lökbatan qəsəbəsində uzun müddətdir yarımçıq qalan xəstəxana binası yenidən qurulacaq.
CəmiyyətPaytaxtda yeni xəstəxana tikiləcək
Bakının Lökbatan qəsəbəsində uzun müddətdir yarımçıq qalan xəstəxana binası yenidən qurulacaq.