Son dəqiqə
Zibil atmaqla bağlı qaydanı pozanlara minlərlə manat cərimə tətbiq olunur - VİDEOTramp İrana ultimatum verdi: "Bəsdir"Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?Təcili tibbi yardım sürücülərinin işə qəbulu zamanı nələrə diqqət edilir? - VİDEOTramp: "ABŞ nümayəndələri İranla danışıqlar üçün Pakistana yollanırlar"Yəməndən sensasion bəyanat: "Neft yolunu bağlaya bilərik"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. "Ziraat Bank Azərbaycan"ın problemli kreditləri iki dəfədən çox artıb
"Ziraat Bank Azərbaycan"ın problemli kreditləri iki dəfədən çox artıb
İqtisadiyyat

"Ziraat Bank Azərbaycan"ın problemli kreditləri iki dəfədən çox artıb

15 aprel 2026
12:48
0 baxış
Paylaş:

"Ziraat Bank Azərbaycan" ASC bu ilin I rübünü 5.571 milyon manat xalis mənfəətlə başa vurub.

"Ziraat Bank Azərbaycan" ASC bu ilin I rübünü 5.571 milyon manat xalis mənfəətlə başa vurub.

Gundem.today "Report"a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56% çoxdur.

Yanvar-mart aylarında "Ziraat Bank Azərbaycan"ın əməliyyat gəlirləri 31.166 milyon manat (keçən ilə nisbətən 64.5% çox), əməliyyat xərcləri 20.615 milyon manat (60.2% çox), xüsusi ehtiyatlara ayırmaları 3.687 milyon manat (iki dəfə çox), gözlənilməz gəlirləri 42 min manat (42 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1.335 milyon manat (96.9% çox) təşkil edib.

Bu il aprelin 1-nə "Ziraat Bank Azərbaycan"ın aktivləri 1 milyard 442.705 milyon manat olub ki, bu da illik müqayisədə 58.7% çoxdur. Bunun 756.663 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son bir ildə bankın kredit portfeli 34% böyüyüb.

İl ərzində kredit təşkilatının vaxtı keçmiş kreditləri isə 2.3 dəfə artaraq 128.086 milyon manata çatıb.

Hesabat dövründə "Ziraat Bank Azərbaycan"ın öhdəlikləri 65.3% artaraq 1 milyard 274.983 milyon manata, o cümlədən depozit portfeli 50% artaraq 706.774 milyon manata, balans kapitalı isə 21.6% artaraq 167.723 milyon manata çatıb.

Xatırladaq ki, "Ziraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65.5 milyon manatdır. Bankın səhmlərinin 99.98%-i Türkiyənin "Ziraat Bank"ına, 0.01%-i "Zıraat Sıgorta" şirkətinə, 0.01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Problemli_kredit#Ziraat_Bank_Azərbaycan

Oxşar Xəbərlər

Saxta zərgərlik məmulatlarını necə müəyyən etmək olar? - FOTOİqtisadiyyat

Saxta zərgərlik məmulatlarını necə müəyyən etmək olar? - FOTO

Qızılın investisiya aləti kimi dəyərinin artması bu sahədə fırıldaqçılıq hallarını da bərabərində gətirir. Alıcılar bəzən aldıqları məhsulun keyfiyyətinə əmin olmaq istəyirlər.

Bu gün
17:100
Qeyri-neft ixracındakı artım ilin sonuna qədər davam edəcək?İqtisadiyyat

Qeyri-neft ixracındakı artım ilin sonuna qədər davam edəcək?

2026-cı ilin ilk rübündə Azərbaycanın qeyri-neft ixracı 862 milyon dollara çataraq 11.7% artım nümayiş etdirib. Bu dinamika iqtisadi şaxələndirmə strategiyasının uğuru kimi qiymətləndirilir.

Dünən
12:020
Azərbaycan nefti 11 dollardan çox ucuzlaşıbİqtisadiyyat

Azərbaycan nefti 11 dollardan çox ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb.

Dünən
09:080
Astaranın üç kəndinin sel və daşqınlardan mühafizəsi iki milyona başa gələcəkİqtisadiyyat

Astaranın üç kəndinin sel və daşqınlardan mühafizəsi iki milyona başa gələcək

Astara rayonunun üç kəndinin sel və daşqın sularından mühafizəsi ilə bağlı tədbirlər həyata keçiriləcək.

Dünən
00:480